Azər Ömərov: BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azər Ömərov: BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu

10:49 - 17 / 07 / 2018
Azər Ömərov: BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu

Bakı Ali Neft Məktəbinə (BANM) 5 il öncə 660 balla daxil olan və bu il məzun olaraq İtaliyanın Milan Politexnik Universitetində ödənişsiz magistratura təhsilini davam etdirəcək Azər Ömərovla müsahibəsinin təqdim edirik.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

- Azər, bu il BANM-ı bitirib məzun oldunuz. BANM-ın  məzunu olmaq sizin üçün nə deməkdir?

- Mənim üçün BANM-ın məzunu olmaq uğurlu gələcəyin əsaslı təməlınin qoyulması deməkdir. BANM-a qəbul olmağım mənim həyatımda dönüş nöqtəsi oldu. İlk başlayanda təhsilin ağırlığı və sərt qayda-qanunlara alışmaq çətin olsa da, sonradan məhz bu şərtlərin bizim inkişafımızda böyük rol oynadığını, bu ali məktəbin bizə nəinki sadəcə təhsil verdiyini, eyni zamanda bizi uğurlu iş həyatına hazırladığını görüb hər şeyi anlamış olduq.

Ali məktəbimizdəki sərt nizam-intizam və qayda-qanunlarına baxmayaraq, tələbələrin hər hansı bir problemi olarsa universitetimizin əməkdaşları əlindən gələn köməyi əsirgəmir, hətta lazım gələrsə rektorumuz birbaşa özü müdaxilə edərək bizim problemlərimizin həllinə kömək edir. Bütün bunlar Ali Məktəbimizdə tələbələrə  isti və doğma ailə münasibətinin yaradılmasının göstəricisidir. Mən texniki biliklər və təcrübələrlə yanaşı, burada səmimi münasibət, dəyərli insanlar və yaxın dostlar qazanmışam və BANM ailəsinin bir üzvü olmaqdan qürur duyuram.

- Siz BANM-ı bitirərək İtaliyanın Milan Politexnik Universitetinə daxil olmusuz. Akademik və digər uğurlarınızda kimin və ya nəyin rolu vardır?

- Hər bir uğurumda ilk öncə ailəm və onların mənə dəstəyi böyük rol oynayır. Akademik göstəricilərimin yüksək olması və bir çox başqa nailiyyətlərim isə təbii ki birbaşa BANM-da təhsil almağımla bağlıdır. Uğur əldə edə bilməyim üçün öz əzmkarlığım və qabiliyyətimin olması ilə yanaşı, lazımı mühit və şərait də tələb olunur hansıki BANM bunları bizə verir. Buradakı ixtisaslaşmış müəllim və professorların köməkliyilə aldığım təhsil, qazandığım uğurlar akademik və karyera imkanlarımda əvəzsiz yer tutur. Əldə etdiyim uğurlarda əməyi olan bütün müəllimlərimə və BANM-a olan sonsuz təşəkkürlərimi bildirirəm.

- BANM-a daxil olanda, yoxsa Milan Politexnik Universitetinə daxil olanda daha çox sevinmişdiz?

- Hər bir nailiyyət mənim üçün önəmlidir, lakin BANM-a daxil olmağım əldə etdiyim nailiyyətlərin təməlini qoyub. BANM-a qəbul olduğumu öyrəndiyim zaman mənim üçün  ən dəyərli, əvəzedilməz və sevindirici an olmuşdu. Milan Politexnik Universitetini isə təhsilimi davam etdirmək məqsədilə seçdim və bu seçimimdən də  məmnunam.

- İtaliyada magistraturanı bitirdikdən sonra vətənə qayıdacaqsız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız?

- Magistraturanı bitirdikdən sonra bir müddət xaricdə karyeramı davam etdirməyi, lakin sonra vətənə qayıtmağı planlaşdırmışam. Düşünürəm ki, xarici ölkələrdə qazandığım təcrübə və biliklər mənim fərdi inkişafımda əhəmiyyətli rol oynayacaq və vətənə qayıdanda həmin bilik və bacarıqları ölkəmizin inkişafı üçün tətbiq etməyə çalışacağam.

- BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, Milan Politexnik Universitetində isə “Avtomatika və idarəetmə mühəndisliyi” ixtisasını seçmisiz. Avtomatikaya sizdə həvəs hardandı?

- Texnologiyaya böyük həvəsim var. Avtomatika isə texnologiyanın birbaşa təməli olduğu üçün mənə çox maraqlı gəlir. Avtomatik idarəetmə gələcəyin ixtisasıdır və bütün sənayələr avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə çalışır. Buradan belə qənaətə gəlmək olar ki, bu ixtisasın gələcəyi parlaqdır və bu sahədə edilən yeniliklər, kəşflər yaxud hər hansı bir inkişafda əməyimin olması mənim üçün qürurverici bir hiss olardı. Düşünürəmki bu sahəni seçməkdə çox düzgün qərar vermişəm.

- Azər, niyə işləməyi deyil, təhsilinizi davam etdirməyi üstün tutdunuz?

- Hazırda SOCAR Polymer şirkətində öz ixtisasım üzrə kiçik mühəndis vəzifəsində çalışıram. Düzdür, çalışmaq praktiki bacarıqların inkişafında mühüm rol oynayır. Lakin, mən avtomatika sahəsində davamlı inkişaf istəyirəm və bu səbəbdən də öz ixtisasım üzrə nəzəri biliklərimi daha da dərinləşdirmək, təhsilimi davam etdirməyi qərara almışam.

- Gələcəklə bağlı nə planlarınız var?

- Magistratura təhsilimi bitirib öz ixtisas sahəmdə tədqiqat işlərilə maraqlanacam və vətənə qayıtdıqdan sonra tədqiqatları öz ölkəmizdə davam etdirəcəm. Öyrəndiyim bilik və bacarıqları ölkəmizdəki avtomatika sahəsinə marağı olan gənclərlə bölüşmək ən böyük istəklərimdən biridir.

- Sizcə, insanın uğur əldə etməsi nədən asılıdır?

- İnsanın uğur əldə etməsinə bir çox amillərin təsiri vardır. Əsas amillərdən biri gördüyün işin məsuliyyətinin dərk edilməsidir, məsuliyyətsiz görülən iş uğur qazandırmaz. İnsan yalnız marağının olduğu sahəyə istiqamətlənməlidir. Uğur qazanmaq istəyiriksə sevdiyimiz işləri tam həvəslə görməli, gördüyümüz işə hakim olmalıyıq. Ən əsası isə problemlər və uğursuzluqlar insanı ruhdan salmamalıdır, nəticəyə çatmaq üçün daha əzmkar olmaq lazımdır.

- Tələbə adını qazanmaq arzusunda olan gənclərə nə məsləhət görərdiz?

- Gənclərə məsləhətim budur ki, qərarlı olsunlar və öz istədikləri sahə üzrə təhsil alsınlar. Yalnız bu zaman həyatda uğur əldə bilərlər. Qəbul imtahanına hazırlaşarkən vaxtlarını planlı qurmaq və istirahət etməyi unutmamaq lazımdır. Oxuduğunuzu dərk etməyə çalışın, çünki əzbərlədiyiniz hər şey müəyyən müddət sonra yaddaşdan silinir. Dərk edərək öyrəndiyimiz isə unudulmur. Bugünki günü ötürmək üçün deyil, öyrənmək üçün oxuyun. Bütün gənclərə təhsil və karyeralarında uğurlar arzu edirəm.

S.Xankişiyeva

 

 

Paylaş:
525

Son xəbərlər

FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29
Bütün xəbərlər