Azər Badamov: Prezidentin sərəncamı Azərbaycan elminin inkişafına öz təsirini göstərəcək | 1news.az | Xəbərlər
Siyasət

Azər Badamov: Prezidentin sərəncamı Azərbaycan elminin inkişafına öz təsirini göstərəcək

13:06 - 15 / 02 / 2019
Azər Badamov: Prezidentin sərəncamı Azərbaycan elminin inkişafına öz təsirini göstərəcək

Azərbaycan Prezidentinin ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında imzaladığı sərəncam  vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən növbəti bir addımdır.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman Komitəsinin üzvü Azər Badamov deyib.

O xatırladıb ki, son aylar cənab Prezident insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm sərəncamlar imzalayıb:

“Şəhid ailərlərinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi, şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün 242 manatdan 300 manata qaldırılması, pensiyaların baza hissəsinin artırılması, dövlət başçısının zəlzələdən dərhal sonra Şamaxıya səfər edib, təbii fəlkətdən əziyyət çəkmiş insanlarla şəxsən görüşməsi, onlrın yanında olması, vəziyyətlə maraqlanması, indi də

Tələbələrin, o cümlədən magistr və doktorantların təqaüdlərin artırılması barədə imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Xüsusilə tələbələrin, bakalavr, magistratura, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində oxuyan tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət dəstəyinin artırılmasına xüsusi ehtiyac var idi. Ölkə rəhbərinin sərəncamları bir daha onu deməyə əsas verir ki, hər bir vətəndaş cənab Prezidentin diqqət mərkəzindədir. Hər bir vətəndaşın rifahı ölkə başçısını düşündürür”.

Millət vəkili hesab edir ki, bu sərəncamlar gənclərimizə dövlət qayğısının növbəti təzahürü olmaqla yanaşı, həm də təhsilin səviyyəsini yüksəldəcək. Eyni zamanda ali, orta ixtisas, həm də peşə məktəblərində təhsil alan tələblərin gələcək təqaüdlərinin bilik səviyyələrinə uyğun olaraq fərdi şəkildə ödənilməsi nəzərdə tutulub ki, bu da tələbələr arasında yeni bir rəqabət mühüti yaradacaq.

“Yəni, 91-100 bal arası, yaxud  80-90 bal arası aylıq təqaüdlərin müəyyən edilməsi tələbələr arasında yeni rəqabət mühüti formalaşdıracaq ki, onlar çalışacaqlar ki, daha da yaxşı oxusunlar və daha da yüksək təqaüd alsınlar.  Bu həm də onların yaxşı bir mütəxəsis kimi yetişmələrinə həvəs yaradacaq,  doktorantura, magistratura pilləsində təhsil alanların, elmin yüksək kateqoriylarına yiyələnənlərin sayını artıracaq .

Təbii ki, elmi yüksək dərəcədə inkişaf edən ölkə dünya praktikasında inkişaf edən ölkə hesab olunur.  Bu sərəncam da Azərbaycan elminin inkişafına öz təsirini göstərəcək. Onu da qeyd etmək lazımdır ki, təhsil alanların əksəriyyətini  gənclər təşkil edir. Bu bir daha gənclərə ölkə başçısının diqqət və qayğısının bariz nümunəsidir. Çünki bugünkü gənc nəsl ölkəmizin sabahkı gələcəyidir. Nə qədər savadlı, ziyalı, saf düşüncəli, vətənpərvər gənc nəsil yetişdirə bilsək, dövlətimizin gələcəyi də o qədər möhkəm olar. Qeyd olunan sərəncamlar da məhz ölkəmizin gələcəyini etibar edə biləcəyimiz saf gənc mütəxəssis nəslin yetişməsinə öz töhfəsini verəcəkdir”, - deyə deputat vurğulayıb.

P.S.

Paylaş:
1005

Son xəbərlər

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13
Bütün xəbərlər