1news.az

AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

15 Avqust saat 14:51 ~ 1 dəqiqəlik oxu 365
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

28 oktyabr 2018-ci il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcək.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən,  AZAL aviaşirkətinin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız “AZAL” QSC-nin  struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli  aviaşirkəti tərəfindən həyata keçirilirdi.

“AZAL” aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319 / A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

“AZAL” aviaşirkətinin  “Klassik” reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli  reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaqdır.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net