AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirib – FOTO

10:56 - 19 / 04 / 2019
AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirib – FOTO

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Almatıda Qazaxıstanın turizm operatorları və agentləri üçün Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirmişdir. 

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən,  AZAL-ın Marketinq və İstehsalat İdarəsinin rəhbəri Fuad Yusifov giriş nitqi ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Milli aviadaşıyıcının yeni istiqaməti olduqca uğurludur, hər yeni aviareys ilə hər iki istiqamət üzrə sıxlığın artması müşahidə olunur.

Onun sözlərinə görə, Bakı-Almatı-Bakı aviareysləri həftədə iki dəfə həyata keçirilir. Bakıdan uçuş həftənin çərşənbə axşamı və şənbə günləri, Almatıdan uçuş isə çərşənbə və bazar günləri yerinə yetirilir. AZAL-ın Qazaxıstanda baş tərəfdaşı qismində “Nur Ai & Co” turizm şirkəti çıxış edir.

Tədbirdə həmçinin Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı üzrə nümayəndəsi Ramil Rzayev və Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri Əbülfəz Xamedov çıxış etmişdirlər. Onlar çıxışlarında qeyd etmişdirlər ki, yeni istiqamətin açılması turizmin və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına kömək edəcək.

AZAL-ın marşrut şəbəkəsinin inkişafı üzrə meneceri Ruslan Abdullayev öz təqdimatında sərnişinlər və turagentlər üçün üstünlüklər barədə danışmışdır. Azərbaycanın turizm imkanlarını Azərbaycan Turizm Bürosunun MDB ölkələri üzrə regional meneceri Fidan Axundzadə və “Silk Way Travel” şirkətinin daxili turizm üzrə mütəxəssisi Nərminə Ağayeva təqdim etmişdir. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq, Qazaxıstanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırmışdır.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları”, Heydər Əliyev Beynəlxalq Aeroportu və SW Travel turizm şirkəti həmçinin öz stendləri ilə aprelin 17-dən 19-dək Almatıda keçirilən KITF-2019 turizm sərgisində təmsil olunmuşdurlar.

S.Xankişiyeva

Paylaş:
998

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər