Azərbaycan üzrə 2000 kilometr “yol qət edən” məktəb – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycan üzrə 2000 kilometr “yol qət edən” məktəb – FOTO

12:50 - 18 / 08 / 2017
Azərbaycan üzrə 2000 kilometr “yol qət edən” məktəb – FOTO

İyulun 31-də “Təhsil avtobusu–2017” yay məktəbi layihəsi başa çatdı.

Səyyar yay məktəbi olaraq “Təhsil avtobusu-2017” 8 gün ərzində Azərbaycanın yeddi rayonunu səyahət edərək bu bölgələrdə dörd maraqlı treninqlər həyata keçirdi.

Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə iki min kilometr məsafə qət edilərək yeddi gün ərzində məhsuldar işlər görülüb. Əminik ki bu əməyin bəhrəsi yaxın gələcəkdə özünü göstərəcək.

“Təhsil avtobusu-2017” layihəsinin qarşıya qoyduğu məqsədlər və onun reallaşdırmasının ilkin nəticələri haqda SABAH layihəsinin icraiyyə komitəsinin rəhbəri Şahin Seyidzadə redaksiyamıza verdiyi müsahibəsində bildirib.

- Şahin müəllim, “Təhsil avtobusu-2017” layihəsi artıq ikinci ildir ki, həyata keçirilir. Səyyar yay məktəbinin ideya müəllifi və onun əsas məqsədləri barədə daha ətraflı bilmək istərdik.

- Layihə ötən il Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib. O zaman bu, pilot layihə idi. Və məhz ilk layihənin uğuru bizi bu il onu kiçik dəyişikliklərlə davam etdirməyə yardımçı oldu.  

İlk olaraq layihənin məqsədi  Azərbaycanın regionlarında yaşayan və ya təhsil alan şagird və tələbələrdən bilik səviyyəsini yüksəltmək və dünyagörüşüsünü genişləndirmək imkanı verilirdi. Qeyd etdik ki, səyyar yay məktəbi zamanı interaktiv treninq və müzakirələrin aparılması iştirakçıların gələcək peşələrinin seçiminə, öz işlərinə savadlı yanaşmaya kömək edə bilər. Yəni layihə akademik bilgilər deyil, ali təhsil ocaqlarının məzunlarına gələcək həyatda öz yerlərini tapmaqda yardımçı olmasıdır. Onların motivasiyası “sadəcə diplom almaq deyil”, həyatda daha dəqiq qərarlar almalarıdır.

Yay məktəbi ərzində bilik bazasının artırılması ilə bağlı interaktiv və yaradıcı ab-havada şəxsiyyətin inkişafı treninqləri və intellektual yarışlar da keçirildi.

Ötən il layihə Bakı, Lənkəran, Quba, Gəncə və Şəki olmaqla beş regionu əhatə edib və auditoriyamızı yuxarı sinif şagirdləri təşkil edirdi. Bəli, pilot layihə ümidlərimizi doğrultdu: yay məktəbində iştirak edənlərin çoxunda maraqlı ideyalar yarandı.

Bu il qərar verdik ki, orta və ali məktəblərdə təhsil alanlar builki treniqlərin keçirilməsi üçün daha məqsədəuyğun auditoriyadır. Həmçinin bu il layihənin coğrafiyasını genişləndirərək Azərbaycanın yeddi rayonunu əhatə etdik.

- Layihə zamanı hansı treninqlər həyata keçirilirdi?

- Bunlar dörd baza treniqlərdir – “Biznesini sıfırdan necə qurmaq olar”, “İKT-də karyera”, STEAM (S – science, T – technology, E – engineering, A – art, M – mathematics və ya təbii elmlər, texnologiya, mühəndislik sənəti, yaradıcılıq və  riyaziyyat. Bir sözlə, müasir dünyamızada ən çox tələb olunan nizam-intizam. Təəccüblü deyil ki, STEAM – dünya təhsilində başlıca trendlərdən biridir) və “Gələcəyin sığortalanması”.

Bundan əlavə, treninqlərin yekununda Nə? Harada? Nə vaxt? intellektual oyunu təşkil edilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.

Qeyd etmək istərdim ki,  “Təhsil avtobusu-2017” yay məktəbi Təhsil Nazirliyi Engin LTD MMC “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, Edutainment.az, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə həyata keçirilib.

Aparıcı şirkətlərin və korparasiyaların ekspertləri yay vaxt – yəni  məzuniyyət vaxtı treninqlərdə iştirak etmək istəyi sevindirici haldır. Tələbələr üçün regionlara getmək həm faydalı, həm də vacib təcrübədir. Bu il xüsusilə elə regionları seçdik ki, burada çox az hallarda tədbirlər keçirilib.

- Səkkiz gün ərzində yeddi region – bu, çox sıx qrafik deyilmi? Demək istəyirəm ki, fiziki cəhətdən ağırdır...

- Bəli, bu asan deyildi. Komanda vaxt həssas rejimdə işləyirdi. Həmçinin bu layihədə dəstəkləyənlər tərəfindən Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək daha dəyərli idi.

- Yayda yalnız şirkət və korparasiya əməkdaşları  istirahət etmirlər, həmçinin tələbələrin də tətili vaxtıdır. Orta və ali təhsil tələbələrini yay məktəbində iştiraka necə cəlb edə bildiniz?

- Bildirim ki, iştirakçıların say çoxluğu gözləntilərimizi üstələdi. Misal üçün, Masallıda treninqlərə 25 nəfər əvəzinə 37 nəfər gəldi. Buna görə də treninqin keçirilmə sahəsini genişləndirməyə məcbur olduq.  

Burada heç bir “məcburi-könüllü iştirak” məsələsi olnadan, iştirakçıların seçilməsi üçün yalnız şəxsi maraq kriteriyasına üstünlük verilirdi. “Təhsil avtobusu-2017” layihəsində iştirak edənlər üçün ərizə qəbuluna bu ilin mayında elan verilib. Daha sonra qəbul edilən ərizə və sorğu əsasında iştirakçılar seçilib. Bununla yanaşı, yalnız əlaçı şagirdlərə deyil, həmçinin akademik biliklərdə çox da üstünlük təşkil etməyən şagirdlərə də üstünlük verilirdi. Çünki biz ədalətli olaraq qərara gəldik ki, əla nəticələr göstərən şagirdlərin onsuz da lazımi metod və ədəbiyyata giriş imkanları var. İştirakçıların seçimi zamanı onların motivasiya edilməsi də vacib kriteriyalardan idi.

Səyyar yay məktəbinə qeydiyyat onlayn şəkildə – e-mail və sosial şəbəkə, eləcə də telefon vasitəsilə aparılırdı. Bir sözlə, bir sıra regionlarda gənclərin internetdən az istifadə etmələrinin şahidi olduq. Lakin bu, nə onların motivə etdilməsinə, nə də treninqlərdə maraqlı mövzularda iştiraklarına mane olmadı.

Həmçinin seçimlər zamanı gender bərabərliyinə də diqqət edirdik və bəzi rayonlarda qızların çoxluğu sevindirici haldır.

- Bütün regionlar üzrə “Təhsil avtobusu-2017” layihəsinin nə qədər iştirakçısı oldu?

- Təxminən 200 nəfər.

- Ötənilki pilot layihə məktəbləri əhatə etsə də, bu il ali təhsil ocaqlarını da əhatə edib. Bu, şagirdlərin səyyar yay məktəbində iştirakına imkan verməyəcəyini bildirirmi?

- Bu suala birmənalı cavab vermək çətindir. Düşünürəm ki, gələcəkdə auditoriyanın məqsədini birləşdirərək şagird və tələbələrin eyni zamanda iştirakına imkan yaranacaq. Çünki “Təhsil avtobusu” layihəsinə artan marağın şahidi olduq.

- Layihənin effektivliyinin yekunu necə aparılır?

- İştirakçılar müvafiq anket sorğuları aparır, treninqlər keçirən şirkətlərlə əlaqə qururlar. Bütün bunlar analiz edilərək müqayisə edilir və nəticə çıxarılır.

- Bu il “Təhsil avtobusu-2017” layihəsi nə ilə yadda qaldı?

- Bir daha əmin olduq ki, regionlarımızda istedadlı və maraqlı gənclərimiz var. Gənclər treninqlərdə fəal iştirak edirdirlər. Və bir çoxlarının istedadları interaktiv ünsiyyət, müzakirələr, intellektual oyunlar zamanı üzə çıxırdı. Onları motivasiya etmək də sevindirici haldır.

İkinci sevindirici hal isə, biznes-şirkətlərin bu layihəyə dəstəkdə maraqlı olmalarıdır. Bu, çox vacibdir.

- Bu, o deməkdir ki, “Təhsil avtobusu” layihəsi  Azərbaycan üzrə “səyahəti” davam etdirərək kütlələrlə maarifləndirmə aparacaq?

- Çalışağıq ki, bu, belə də olsun.

- “Təhsil avtobusu” layihəsinə uğurlar diləyirik!

Natali Aleksandrova

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1214

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər