“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib

19:47 - 26 / 09 / 2017
“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” ASC Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrində, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verib.

1news.az-ın ASC-nin saytına istinadən verdiyi xəbərə görə, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna (“Ekologiya postu”) qədər olan 250 metrlik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kvadratmetrə yaxındır.

Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Qeyd edək ki, əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Babək Cahandarov

Paylaş:
505

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər