Aysel Sultan: Azərbaycanda cinsi tərbiyə və seksual islahatlara ehtiyac var | 1news.az | Xəbərlər
Cəmiyyət

Aysel Sultan: Azərbaycanda cinsi tərbiyə və seksual islahatlara ehtiyac var

15:23 - 16 / 02 / 2018
Aysel Sultan: Azərbaycanda cinsi tərbiyə və seksual islahatlara ehtiyac var

Yaxın günlərdə geniş müzakirələrə səbəb olan məktəblilərin intim videosu ilə bağlı.

Son zamanlar elə təəssüratlar yaranır ki, biz nə olursa-olsun sadəcə günahkar axtarırıq. Əgər hər hansı bir hadisə zamanı özümüzü köməksiz hiss etdikdə bu, təbii haldır. Lakin məlum hadisədə nədənsə gah gənclər, gah da videonu çəkən günahlandırılır (lakin videodan da aydın görünür ki, kameranı heç kəs tutmayıb, əvvəlcədən oraya yerləşdirilib). Məsələ bunda deyil. Məsələ burasındadır ki, bu insanlardan heç biri günahkar deyil! Əgər günahkar axtarılırsa bu, “ictimaiyyətdir”.

Belə ki, həmin gənclər bu cəmiyyətin bir üzvüdür və buradakı dəyərləri, düşüncə tərzini və standartlara uyğun dünyagörüşünü özlərində daşıyır. Deməli, cinsi fəaliyyətini videoya həkk edən şəxs bunları müəyyən məqsədlərlə edib. Burada bir neçə məqam var: gələcəyin sığortalanması, sübut, təhdid və ya xatirə kimi... Lakin yenə də məsələ bunda deyil!

Günhakar cəmiyyətdir, daha dəqiq desək – bunu hərtərəfli müzakirə edən böyüklərdir.

Bunun da iki səbəbi var, elə bu haqda da danışmaq istəyirəm:

  1. Böyüklərdə cinsi tərbiyənin olmaması (ümumiyyətlə götürdükdə)
  2. Homo sapiens-in cinsi davranış, seks və cinsi ehtiyaclarının dərinliyi.

Daha çox ikinci məqamı müzakirə edim:

Başqalarının davranışına nəzarət etmək və buna gücü yetmək – güc və qüdrətin göstəricisidir. Lakin hazırki hadisədə insanın seksual davranışları mənəvi anlayış/dəyərlərlə yüklənib ki, burada “gücü” nümayiş etdirmək üçün dayaq nöqtəsi rolunda çıxış edən cəmiyyətdən söhbət gedir. Bu ictimai qınaq tez-tez qarşılaşdığımız təhlükə mənbəyidir. Lakin bunun təhlükə olduğunu artıq heç kəs görmür.

İnsanın seksual davranışına verdiyi istənilən məna bu, ona tətbiq edilən və nəticədə onun şəxsi həyatının bir hissəsinə çevrilmiş ideologiyanın əksidir.

Buna görə də seksual davranış və seks burada anlaşılmaz mistik terminlər “şərəf”, “qeyrət”, “namus” və s., eləcə də “yaxşı tərbiyə” və ya “düzgün davranış” kimi nisbi dəyərlər olaraq başa düşülür.

Bəs yaxşı ictimai qınaq nə üçün təhlükəlidir? Bir dəqiqəliyinə o gündən indiyədək olanları, bu videonun hər kəsə əlçatan olduğunu düşünün... (bütün baş verənləri nəzərdə tuturam – məktəbdən qovulma, intihara cəhd, bütün ailənin damğalanması, cəmiyyət tərəfindən ictimai qınaq və s.). Bütün bunlar ictimai qınağın nəticəsidir.

Təcili olaraq cinsi tərbiyə ilə məşğul olmaq lazımdır.

Seksual savadlanma prezervativlərlə bağlı ibtidai biliklərlə kifayətlənməlididir. Uşaqlar elə erkən yaşlarından insanın bioloji varlıq kimi reproduktiv sağlamlığı ilə bağlı obyektiv biliklərə yiyələnməklə yanaşı, cinsi yetkinlik dövrü ilə bağlı daha ətraflı məlumatı bilməlidir. Dünyanın bir çox ölkələrində gənclərə cinsi yetkinlik zamanı seksual əlaqələrdən həzz almaq, şəhvətin risk və mümkün təhlükələrilə bağlı xüsusi proqramlar vasitəsilə aşılanır.

Cinsi tərbiyə qorxutmaq və ikrah hissi yaratmaq deyil! Bunu bilmək vacibdir. Cinsi tərbiyə sağlam psixoseksual inkişaf məqsədi daşıyır, həmçinin kor-təbii seksual davranış zamanı riskləri azaldır. Bundan əlavə, cinsi tərbiyə gənclərə şəxsiyyətlərinin seksual tərəflərini dərk edərək bilmədiklərilə bağlı suallar verməyə, çoxlu məlumat əldə etmək üçün maraq göstərməkdən utanmamağa kömək edir. Bununla da cinsi tərbiyə kifayətlənmir. Həmçinin o məsuliyyətə və rasional qərarla qəbul etməyə də sövq edir.

Lakin mənəvi dəyərlər tam anlamda açıqlanmır, ciddi və təhdidedici şəkildə təqdim edilir. Bübün bunlar pozulduqda yenicə formalaşmağa başlayan gəncin şəxsiyyəti daha da zəifləyir. Nə üçün? Çünki insanda qorxu təcəssüm edir, belə olan halda məlumat əldə etmək üçün etibarsız mənbələrdən və riskli təcrübələrdən yaralanmaqla nəticələnir.

Faktiki olaraq cinsi tərbiyə, şəhvət idarəolunmaz fəaliyyətə çevrilir. Yəni gənc səhv yollarla hər şeyi öyrənməyə başlayır. Bunun nəticəsi olaraq psixoseksual zərbələr alır.

Aysel Sultan

Frankfurt Universitetinin sosial elmlər üzrə doktorantı (Almaniya)

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2577

Son xəbərlər

FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16
Bütün xəbərlər