Aydın Hüseynov: Yeni sosial paket vətəndaşlara verilən dəyərin göstəricisidir | 1news.az | Xəbərlər
Siyasət

Aydın Hüseynov: Yeni sosial paket vətəndaşlara verilən dəyərin göstəricisidir

16:14 - 20 / 06 / 2019
Aydın Hüseynov: Yeni sosial paket vətəndaşlara verilən dəyərin göstəricisidir

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı yeni sosial paket Azərbaycanda həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsi olmaqla yanaşı, dövlət başçısının vətəndaşlarımıza göstərdiyi diqqət və qayğının, verdiyi böyük dəyərin göstəricisidr.

Bunu 1news.az-a iqtisadçı millət vəkili Aydın Hüseynov yeni sosial paketin əhəmiyyəti barədə danışarkən deyib.

O bildirib ki, bu il ərzində Prezident tərəfindən xalqın rifahının yüksəldilməsi istiqamətində olduqca mühüm addımlar atılıb. Dövlət başçısı bu islahatların davamlı olacağını bəyan edirdi və iyunun 18-də daha bir inqilabi addım atıldı.

Millət vəkilinin sözlərinə görə, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, o cümlədən dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək:

“Bu, birbaşa  dövlət sektoru ilə yanaşı, özəl sektorda da çalışan xeyli insanı əhatə edir, onların maddi rifahının yaxşılaşdırılmasını səciyyələndirir.

Bütövlükdə biz görürük ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət vətəndaşların maraqlarının ifadəsinə yönəlib. İqtisadiyyat inkişaf etdikcə, dövlət büdcəsinin gəlirləri artdıqca bu, birinci növbədə insanlarımızın rifahının yaxşılaşdırılmasına istiqamətlənir”.

A.Hüseynov ölkədə  inflyasiya, bahalaşma olacağına dair sosial şəbəkələrdə yayılmış bəzi məlumatlara da toxunub. Millət vəkili deyib ki, əməkhaqlarının artırılmasını dövlət büdcəsi hesabına həyata keçirilir, ölkədə inflyasiyanı, bahalaşmanı doğuracaq heç bir iqtisadi əsas yoxdur:

“Bu kimi hallardan sui-istifadə etmək yolverilməzdir. Ciddi iqtisadi amil yoxdursa, qiymət artımından söhbət gedə bilməz. Bir daha qeyd edirəm ki, bunun üçün hər hansı iqtisadi əsas yoxdur”.

1news.az

Paylaş:
691

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər