Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

18:06 - 22 / 01 / 2018
Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yanvarın 26-da Biləsuvar şəhərində Biləsuvar Gömrük İdarəsinin inzibati binasında (8 Mart küç. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 11:30-da başlayacaq qəbul zamanı bölgədə yerləşən-Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 25-i saat 11:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-34-69) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir.

Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.

Test imtahanının və ya müsahibənin nəticələri ilə bağlı namizədlər həmin nəticələr rəsmi internet saytında yerləşdirildiyi gündən 10 (on) iş günü müddətində Dövlət Gömrük Komitəsində təşkil edilmiş Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Həmin müddət başa çatdıqdan sonra bu qəbildən olan müraciətlərə baxılmır.

1news.az

Paylaş:
655

Son xəbərlər

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:04Cavanşir Məmmədov vəfat etdiBu gün, 13:00Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər