AXCP - REAL "müharibəsi" yenidən alovlanıb | 1news.az | Xəbərlər
Siyasət

AXCP - REAL "müharibəsi" yenidən alovlanıb

10:39 - 24 / 01 / 2018
AXCP - REAL "müharibəsi" yenidən alovlanıb

Müxalifət adına iddia edən, özlərini demokratik qüvvələr adlandıran AXCP və REAL sosial şəbəkələrdə sözün əsl mənasında qırğına çıxıb. Onsuz da bu iki qüvvə arasında əvvəldən "soyuq müharibə" yaşanırdı. Vaxtilə blogger Mehman Hüseynovun yaratdığı, hazırda onun qardaşı - Azərbaycandan qaçaraq İsveçrəyə sığınan Emin Hüseynov tərəfindən idarə olunan  "Facebook"da "Secki.az" səhifəsində virtual sorğu keçirilib. Həmin sorğuda AXCP sədri Əli Kərimlinin və REAL-ın həbsdə olan lideri İlqar Məmmədovun şəkilləri paylaşılaraq, sosial şəbəkə istifadəçilərinə müraciət edilib ki, "Sabah Azərbaycanda Prezident seçkisi keçirilərsə, hazırkı iqtidara alternativ ola biləcək namizəddən prezident kürsüsündə hansını daha çox görmək istəyərdiniz?".

Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti İlqar Məmmədova səs verib. Beləliklə də REAL lideri AXCP sədrini qabaqlayıb. Məhz bu sorğunun nəticəsi AXCP və REAL arasında uzun müddətdir davam edən mübarizənin sərhədləri aşmasına səbəb olub. Sorğunun nəticəsini həzm edə bilməyən cəbhəçilər sosial şəbəkədə REAL-a açıq hücuma keçiblər. 

AXCP Gənclər Təşkilatının üzvü olan, yaxud cəbhəçilərə yaxınlığı ilə seçilən Facebook istifadəçiləri öz statuslarında və yazdıqları rəylərdə bildiriblər ki, REAL bu səsvermədə trollardan yararlanıb. Səsvermədə iştirak edənlərin siyahısını yayan cəbhəçilər iddia ediblər ki, guya REAL liderinə səs verənlərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının (YAP) trollarıdır. Bundan qeyzlənən REAL-çılar da əks hücuma keçiblər və cəbhəçilərin ünvanına ittihamlar səsləndirib. Bildirib ki, AXCP-çilərin guya İlqar Məmmədovu müdafiə etməsi kimi özlərini göstərmələri ikrah doğurur. Cəbhəçilər İ.Məmmədov azadlıqda olanda onu söyüblər, azadlığa çıxandan sonra da söyəcəklər, hətta prezident olsa belə, adını "Məmmədov rejimi" qoyacaqlar.

Ümumilikdə cəbhəçilər REAL-çıları və konkret İ.Məmmədovu İsmayıllı hadisələrində şou göstərməkdə, REAL-çılar isə Ə.Kərimli və AXCP-çiləri 20 Yanvar günü şou göstərməkdə ittiham ediblər.

 Kaspi

 

Paylaş:
556

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər