Avtomobilin nasazlığını səsə görə müəyyənləşdirən smartfon proqramı yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avtomobilin nasazlığını səsə görə müəyyənləşdirən smartfon proqramı yaradılıb

22:56 - 16 / 11 / 2017
Avtomobilin nasazlığını səsə görə müəyyənləşdirən smartfon proqramı yaradılıb

Massaçusets Texnologiya İnstitutunun alimləri avtomobilin işlək hissəsinin səsinə görə ona nə kimi təmir və ya xidmətin lazım gəldiyini müəyyənləşdirən smartfon əlavəsi yaradıblar.

Məsələn, əlavə şinə hava vurulmasına, hava filtrinin dəyişdirilməsinə, yaxud avtomobilin yeni alışdırma şamlarına ehtiyacı olduğu barədə xəbər verir. Proqram avtomobillərin texniki təchizatından asılı olmayaraq, onların diaqnostikasını aparmağa imkan verəcək.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, texnologiyanı mikrofon, akselerometr və digər müasir smartfon ötürücülərinin yüksək həssaslığı sayəsində ərsəyə gətirmək mümkün olub. Sistem diaqnostikanı kompüter təlimi üsulları vasitəsilə aparır – bu zaman avtomobillərin normal iş və müxtəlif nasazlıqlar zamanı çıxardıqları səslər bazasından istifadə olunur.

Bildirilir ki, əlavə diaqnostikanın dəqiqliyini 90 faiz səviyyəsində təmin edir. Məsələn, sistem mühərrik silindrlərində avtomobilin işə salınma qabiliyyətini səhvsiz müəyyənləşdirir, balanslaşdırma problemlərini tanıma alqoritmləri isə öz vəzifələrinin öhdəsindən təcrübəli mütəxəssislərdən daha yaxşı gəlir.

Əlavənin kommersiya versiyasının il yarım sonra istifadəyə verilməsi gözlənilir.

1news.az

Paylaş:
662

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər