Avroviziyada Azərbaycanı təmsil edəcək ifaçının adı açıqlanıb | 1news.az | Xəbərlər
Mədəniyyət

Avroviziyada Azərbaycanı təmsil edəcək ifaçının adı açıqlanıb

16:12 - 18 / 09 / 2018
Avroviziyada Azərbaycanı təmsil edəcək ifaçının adı açıqlanıb

İctimai Televiziya və Radio Yayımları Şirkətində “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanı yarışmada təmsil edəcək ifaçının adı açıqlanıb.

Bildirilib ki, bu il ölkəmizi sözügedən müsabiqədə Azərbaycanın “Qızıl kitabı”na adı düşən 13 yaşlı Fidan Hüseynova təmsil edəcək.

Tədbirdə kanalın mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva iştirak ediblər. Onlar noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avroviziya yarışması ilə bağlı sualları cavablandırıblar. Fidanın yarışmada səsləndirəcəyi mahnının adının yaxın günlərdə açıqlanacağı deyilib.

“Fidan altıncı sinfə gedir. Onun tək məşğuliyyəti musiqi deyil. Fidan həm də basketbol, şahmatla məşğul olur. İstedadlı uşaqdır, buna görə də namizədliyini İTV təsdiqlədi” – deyə, L.Quliyeva açıqlamasında bildirib.

Mətbuat konfransında Fidan “Sarı gəlin” mahnısını səsləndirib.

S.Xankişiyeva

 

Paylaş:
829

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər