Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb

17:56 - 11 / 12 / 2017
Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb. 

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə komandalar 16 cütlük təşkil ediblər. Avropa Liqasının qrup qalibləri və Çempionlar Liqasında 3-cü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 komanda səpələnmiş kimi digərləri ilə üz-üzə gələcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar rəqib olmayacaq.

Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Kopenhagen”lə “Atletiko” bir-biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalıların 3-cü olduğu qrupda madridlilərlə üz-üzə gəlmişdi.

Avropa Liqası

1/16 final

“Borussiya” (Dortmund, Almaniya) - “Atalanta” (İtaliya)

“Nitsa” (Fransa) - “Lokomotiv” (Rusiya)

“Kopenhagen” (Danimarka) - “Atletiko” (İspaniya)

“Spartak” (Rusiya) - “Atletik” (İspaniya)

AEK (Yunanıstan) - “Dinamo” (Ukrayna)

“Seltik” (Şotlandiya) - “Zenit” (Rusiya)

“Napoli” (İtaliya) - “Leypsiq” (Almaniya)

“Srvena Zvezda” (Serbiya) - MOİK (Rusiya)

“Lion” (Fransa) - “Vilyarreal” (İspaniya)

“Real Sosyedad” (İspaniya) - “Zalsburq” (Avstriya)

“Partizan” (Serbiya) - “Viktoriya” (Çexiya)

“Styaua” (Rumıniya) - “Latsio” (İtaliya)

“Lüdoqorets” (Bolqarıstan) - “Milan” (İtaliya)

“Astana” (Qazaxıstan) - “Sportinq” (Portuqaliya)

“Ostersun” (İsveç) - “Arsenal” (İngiltərə)

“Marsel” (Fransa) - “Braqa” (Portuqaliya)

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.

1news.az

Paylaş:
686

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər