Avroliqa fiaskosu: “Neftçi” darmadağınla, “Qəbələ” və “Keşlə” qələbə ilə vidalaşdı | 1news.az | Xəbərlər
Futbol

Avroliqa fiaskosu: “Neftçi” darmadağınla, “Qəbələ” və “Keşlə” qələbə ilə vidalaşdı

09:28 - 20 / 07 / 2018
Avroliqa fiaskosu: “Neftçi” darmadağınla, “Qəbələ” və “Keşlə” qələbə ilə vidalaşdı

Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, cavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxıb.

Öncə Bakıdakı matç start götürüb. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul edib. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini 2:1-lə çıxsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb. 

“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşüb. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşını tək qolla alıb. Amma Stiv Monrozun vurduğu qol turu keçməyə kifayət etməyib.

“Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı olub. Bakılılar 3:1 hesablı qələbədən sonra səfərə üstün yollansa da, meydan sahibləri paytaxt təmsilçisini şoka salıb. Roberto Bordnin komandası 0:4 hesablı darmadağınla Budapeştdən boynubükük dönür.


Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

19 iyul

 

“Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) - 4:0

Qollar: Litauski, 19, Sankoviç, 21, Zoster, 50, Obinna Nvobodo, 65

Baş hakim: İoannis Papadopulos

Baş hakimin köməkçiləri: Trifon Petropulos, Vasilios Kamburis

Dördüncü hakim: Angelos Evangelou (hamısı Yunanıstan)
Hakim-inspektor: Bernardino Qonzalez Vazkes (İspaniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Budapeşt. Şuşa Ferens stadionu

İlk oyun – 1:3

“Uypeşt” (Macarıstan): 1. Filip Payoviç, 5. Robert Litauski (k), 6. Nvobodo, 10. Donat Şoter, 14. Diallo, 18. Boyan Sankoviç, 19. Miyuşko Boyoviç, 26. Daniel Nad, 49. Branko Paulyeviç, 68. Dzenan Burekoviç, 86. Soma Novotnı

Ehtiyat oyunçular: 35. Benke Gundel-Takaş, 2. Kristof Şuts, 8. Benjamin Çeke, 9. Patrik Tişler, 21. Benjamin Balaş, 27. Benke Pavkoviç, 99. Viktor Angelov

Baş məşqçi: Neboyşa Vinyeviç

“Neftçi” (Azərbaycan): 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 9. Baqali Dabo, 10. Dario Frederiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 28. Slavko Braliç, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 4. Rəşad Eyubov, 8. Emin Mahmudov, 11. Kvame Karikari, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 77. Sərkərov

Baş məşqçi: Roberto Bordin

 

“Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) - 0:1

Qol: Monroz, 28

Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 79

Baş hakim: Keyt Kennedi

Baş hakimin köməkçiləri: Stefen Donaldson, Kristian Fransis Hanna

Dördüncü hakim: Evan Boys (hamısı Şimali İrlandiya)
Hakim-inspektor: Milan Karadjiç (Serbiya)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Differdanj. Şəhər Munisipal stadionu

İlk oyun – 2:0

“Proqres” (Lüksemburq): 1. Sebastyan Floss, 7. Mayron de Almeyda, 9. Yannik Bastos, 10. Olivye Till, 14. Emmanuel Fransuaz, 19. Mario Mutş, 20. Cordan Qobron, 22. Marven Martens, 23. Adrian Ferino, 31. Sebastyan Till (k), 34. Tim Hall
Ehtiyat oyunçular: 13. Çarli Şinker, 5. Ben Vogel, 8. Dino Ramdedoviç, 21. Kevin Kerger, 28. Romeu Torres, 70. Matias Markes, 87. Aleksandr Karapetyan
Baş məşqçi: Paolo Amodio

“Qəbələ” (Azərbaycan): 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 17. Sequn Adeniyi 18. İlqar Qurbanov, 28. Jozef Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 4. Elvin Camalov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 13. Hacıağa Hacıyev, 21. Lalavele Atakora, 27. Bəhlul Mustafazadə
Baş məşqçi: Sənan Qurbanov

 

“Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta) - 2:1

Qollar: Sezar Meza Kolli, 11, Slavik Alxasov, 90+1 - Maydevaç, 90+6

Qırmızı vərəqə: Maydevaç, 90+7 ("Baltsan")

Baş hakim: Mixail Vilkov

Baş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir Mineviç

Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)
Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)

Bakı. “Dalğa Arena”

İlk oyun – 1:4

“Keşlə” (Azərbaycan): 1. Kamran Ağayev (q) (k), 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 11. Bahodır Nasimov, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sonha

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı (q), 7. Vaqif Cavadov, 9. Amil Yunanov, 19. Azər Salahli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev

Baş məşqçi: Zaur İsmayılov

“Baltsan” (Malta): 83. Stiv Sultana (q), 8. Nenad Sliviç, 11. Stiv Bezzina (k), 15. Mixael Conson, 17. Alfred Effionq, 18. Uroş Lyubomiraç, 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç, 99. Miloş Lepoviç

Ehtiyat oyunçular: 1. Sean Montoff, 4. Custin Qrioli, 9. Lekao, 10. Siray Arab, 14. Askroft, 50. Andriya Maydevac, 88. Sean Kipriott

Baş məşqçi: Marko Miçoviç

1news.az

Paylaş:
860

Son xəbərlər

Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər