Avrokomissar: Aİ-Azərbaycan yeni sazişi iqtisadi imkanların artmasına yardım edəcək | 1news.az | Xəbərlər
Siyasət

Avrokomissar: Aİ-Azərbaycan yeni sazişi iqtisadi imkanların artmasına yardım edəcək

09:40 - 13 / 06 / 2019
Avrokomissar: Aİ-Azərbaycan yeni sazişi iqtisadi imkanların artmasına yardım edəcək

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqlar üzrə komissarı Yohannes Han Aİ-Azərbaycan biznes forumunda iştirak etmək üçün Bakıya gəlib.

1news.az-a Aİ-nin Bakıdakı nümayəndəliyinə istinadla xəbər verir ki, dövlət və özəl sektor: Aİ və Azərbaycandan olan və biznes əlaqələrini möhkəmləndirmək məqsədi güdən yüzlərlə hökumət və əsasən də biznes rəhbərləri Aİ-nın aparıcı illik tədbiri olan biznes forumda bir araya gəlir.

Biznes forumuna həm kiçik və orta müəssisələrin (KOM), həm də böyük şirkətlərin nümayəndələri cəlb olunur.

Komissar Han biznes forumun açılış sessiyasında Aİ və Azərbaycanın yüksək səviyyəli digər hökumət nümayəndələri ilə birgə nitqi söyləyəcək. Han bir daha təkrar edəcəkdir ki, Azərbaycan iqtisadiyyatının daha çox diversifikayası istiqamətində göstərilən təşəbbüslərdə Aİ Azərbaycanın yanında durmağa qəti qərarlıdır.

Biznes tədbirindən əvvəl komissar Han deyib: "Biznes forumu biznes üçün əlverişli mühitin təşviq edilməsi üçün çox faydalı platformadır ki, burada Aİ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq çiçəklənə bilər. Aİ və Azərbaycandan olan bütün biznes nümayəndələrinin fikirlərini eşitmək, onların çətinlikləri və gördükləri imkanlarla tanış olmaq mühümdür. Əminəm ki, Aİ-Azərbaycan arasında yeni saziş ərsəyə gələn kimi bu, iqtisadi imkanların artmasına da yardım edəcəkdir".

Biznes forumda Almaniya-Azərbaycan Ticarət Palatası (AHK) Aİ-nın dəstəklədiyi "Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2019" təqdim edəcəkdir ki, onun nəticələri Aİ-Azərbaycan biznes münasibətləri üçün əlverişli mühitə yönələn canlı müzakirələr üçün başlanğıc nöqtəsi olacaqdır. Qarşılıqlı bağlılıq, kənd təsərrüfatı və turizm sahəsində keçiriləcək panel müzakirələrində sektor üzrə spesifik strategiya və layihələrə dair fikir mübadiləsi aparılacaqdır.

Aİ-Azərbaycan biznes forumunda iştirak etməklə yanaşı, komissar Han Prezident İlham Əliyevlə, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək, Aİ-Azərbaycan arasındakı münasibətləri geniş şəkildə müzakirə edəcəkdir.

Aİ qarşılıqlı bağlılıq, gənclər və təhsil sahəsində əsas tərəfdaşdır və səfər zamanı bu məsələlərə də diqqət ayrılacaqdır. Komissar Han Azərbaycanın nəqliyyat və logistika qovşağına çevrilməsi ilə bağlı iddialarını Bakı Limanında keçiriləcək görüşdə müzakirə edəcəkdir. Öz potensialını idman növləri vasitəsilə inkişaf etdirməsində əlilliyi olan uşaqları dəstəkləyən Aİ-nın maliyyələşdirdiyi və YUNİSEF-in həyata keçirdiyi layihəyə səfər edərkən, eləcə də Aİ-Azərbaycan münasibətlərinə dair fikir bölüşmək üçün gənclərlə, o cümlədən Gənc Avropa səfirləri ilə görüşərkən Aİ-nın gənclərə və cəmiyyətə göstərdiyi dəstək vurğulanacaqdır.

P.Sultanova

Paylaş:
469

Son xəbərlər

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41
Bütün xəbərlər