ATV-də nə baş verir? | 1news.az | Xəbərlər
Cəmiyyət

ATV-də nə baş verir?

17:55 - 26 / 09 / 2017
ATV-də nə baş verir?

Xəbər verildiyi kimi, bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub. Onun yerinə isə buna qədər CBC televiziyasının rəhbəri olan Azər Xəlilov təyin olunub.

A.Xəlilov yeni vəzifəsinin başına keçər-keçməz kanalda, əsasən də kanalın rəhbərliyində köklü islahatlara başlayıb. Belə ki, V.Qaradağlının ardınca kanalda rəhbər vəzifə tutan bir sıra şəxslər vəzifələrindən azad olunublar.

1news.az Teleqraf.com-a istinadən xəbər verir ki, verilən son bilgiyə görə, bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. Onların arasında ATV dizayn qrupunun rəhbəri rejissor Rauf Ocaqverdiyev, ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri KVN-dən tanıdığımız Vado Korovin, “Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da var.

Ümumilikdə ATV-də işdən azad edilən 32 nəfərdən 7-si rəhbər vəzifələrdə çalışıb.

ATV-nin yeni rəhbəri A.Xəlilov APA-ya açıqlamasında bildirib ki, işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib. Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir:

“Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm”.

A.Xəlilov Turan İbrahimovun aparıcısı olduğu “ATV Səhər” və Azər İsmayılovun aparıcısı olduğu “Yoxlama” verilişlərinin yayımının dayandırıldığını da diqqətə çatdırıb:

“Vüqar Qaradağlının rəhbərlik etdiyi administrasiyadan mənə bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu “Yoxlama” verilişi də qapadılıb. Əlbəttə ki, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məsələ ilə bağlı bildirib ki, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyinin dəyişdirilməsi telekanalın təsisçiləri tərəfindən qəbul olunmuş qərardır. Aparat rəhbəri qeyd edib ki, burada heç bir xırdalıq və səbəblər yoxdur:

“Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti rəhbərliyinin dəyişdirilməsi məsələsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətində olan məsələ deyil. “Televiziya və radio yayımı” haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi telekanalın təsisçilərinin səlahiyyətindədir. Həmin təsisçilərinin qərarına əsasən istədikləri vaxt rəhbəri dəyişdirə bilərlər. Burada qeyri-adi heç nə yoxdur”.

Əldə etdiyimiz məlumata görə, bundan bir müddət öncə kanal rəhbərliyinə təsisçilər tərəfindən bir sıra tövsiyələr verilmiş, kanalın əvvəlcədən müəyyənləşdirilmiş siyasətinə uyğun gəlməyən bir sıra simaların efirdən uzaqlaşdırılması tələb olunmuşdu. Lakin kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, kanalda çalışan bəzi simaların efirdən uzaqlaşdırılmaması məsələni daha da kəskinləşdirib.

Qeyd edək ki, ATV kanalının rəhbərliyinin dəyişdirilməsinə səbəb kimi daha çox telekanalın ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun adı hallandırılır. Belə ki, onun aparıcısı olduğu “ATV Səhər” verilişində kanalın siyasətinə uyğun olmayan qalmaqallı ritorikası qəbulolunmaz kimi dəyərləndirilib və kanalın prezidenti Vüqar Qaradağlıya məsələ ilə bağlı ölçü götürülməsi barədə bir neçə dəfə tapşırıq verilib.

Əsasən də “ATV Səhər”in əyləncəli və məlumatlandırıcı veriliş olmasına baxmayaraq Turanın mövzudan kənara çıxaraq tez-tez siyasi məsələlərə toxunması narazılıq doğurub. Onun keçən həftə söylədiyi sözlər, bir sıra dövlət və hökumət nümayəndələrinin ünvanına səsləndirdiyi sərt fikirlər isə bardağı daşıran son damla olub.

Kanalda köklü dəyişikliklərin aparılmasının digər əsas səbəbkarı olaraq isə “Yoxlama” verilişinin müəllifi və aparıcısı Azər İsmayılov göstərilir. Onun hiddət doğuran özbaşınalığı, xəbərlər proqramında və digər verilişlərdə dövlət maraqlarına zidd xəttin yürüdülməsi və digər bu kimi məsələlər telekanalda V.Qaradağlının və onun yaxın ətrafının mövqeyindən irəli gələn anti-iqtidar mühitinin hökm sürdüyü barədə rəyi möhkəmləndirib.

Göründüyü kimi, ən baxımlı kanal hesab olunan ATV-də köklü dəyişikliklərə start verilib. Bu islahatların necə olacağını isə zaman göstərəcək.

1news.az

 

Paylaş:
2875

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər