“Atena” məhsullarının çatdırılmasında problem yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Atena” məhsullarının çatdırılmasında problem yaranıb

13:27 - 18 / 02 / 2018
“Atena” məhsullarının çatdırılmasında problem yaranıb

Məşhur “Atena” məhsullarının kafe və restoranlara çatdırılmasında problem yaranıb.

1news.az-a Foodinfo.az-dan verilən məlumatına görə, marketlər “Atena” məhsullarını ala bilsə də, artıq 4 gündür bəzi kafe və restoronlar bu şirkətin məhsullarını (ayran, qatıq və pendir) ala bilmir.

İaşə obyeklərindən birinin sahibi bildirib ki, məsələ ilə əlaqədar bu şirkətin məhsullarının paylanması ilə məşğul olan ekspeditorla əlaqə saxlayıb:

“Ekspeditor bildirdi ki, onu və bir neçə işçini xaric ediblər. Ona görə də məhsulların çatdırılmasında problemlər yaranıb”.

“Atena” MMC-dən Foodinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, şirkətin ekspeditorları yoxdur və məhsulların distribusiyası ilə “Atropatena” şirkəti məşğuldur. “Müraciətinizdən sonra onlarla əlaqə saxladıq, daşınmada heç bir problem olmadığını, işlərin əvvəlki qaydada davam etdiyini bildirdilər”.

Qeyd edək ki, “Atena” MMC 2011-ci il mayın 11-də fəaliyyətə başlayıb. Şirkət gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirir. Şirkət 40 növ fərqli məhsul (süd, qatıq, ayran, pendir) istehsal edir.

S.Xankişiyeva

 

Paylaş:
602

Son xəbərlər

Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33
Bütün xəbərlər