Aşura günü baş verən 10 ÖNƏMLİ HADİSƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Aşura günü baş verən 10 ÖNƏMLİ HADİSƏ

13:36 - 20 / 09 / 2018
Aşura günü baş verən 10 ÖNƏMLİ HADİSƏ

Aşura günü Məhərrəm ayının 10-cu günüdür. Aşura gününün Tanrı dərgahında xüsusi bir yeri var.

1news.az Ölkə.az-a istinadən xəbər verir ki, Aşura günü Cənabi Haqq on peyğəmbərinə 10 qabiliyyət verib. Bu günlərdə oruc tutmaq çox fəzilətlidir.

Fəcr Surəsinin ikinci ayəsində deyilir “On gecəyə and olsun”.

Bəzi təfsirçilər isə bu on gecənin Məhərrəm ayında Aşuraya qədər olan gecələr olduğunu bildirir.

Yuxarıda da dediyimiz kimi Aşura günü Allah on peyğəmbərinə 10 qabiliyyət verib:

1.Həzrəti Musa Aşura günündə dənizi yararaq keçmiş, fironun ordusu isə sulara qərq olmuşdu.

2.Nuh Peyğəmbərin gəmisi Cudi dağına çatmışdır.

3.Həzrəti Yunus balığın qarnından Aşura günü xilas olub.

4.Adəmin tövbəsi Aşura günü qəbul edilib.

5.Həzrəti Yusifi qardaşlarının atdığı quyudan Aşura günü çıxarıblar.​

6.İsa peyğəmbər Aşura günü anadan olub və Aşura günü də qeybə çəkilib.

7.Davud peyğəmbərin tövbəsi də bu gün qəbul edilib.

8.İbrahim peyğəmbərin oğlu İsmayıl Aşura günü anadan olub.

9.Yaqub peyğəmbərin Yusifə olan həsrətinə görə tutulan gözləri Aşura günü açılıb.

10.Eyyub peyğəmbər ağır xəstəlikdən müalicə olunub.

Həzrəti Aişənin dediyinə görə əvvəllər Kəbənin örtüyünü Aşura günü dəyişiblər.

Məhərrəm ayı və Aşura günü xristianlar və yəhudilər tərəfindən də müqəddəs sayılırdı. Peyğəmbər Mədinəyə hicrət edəndə oradakı yəhudilərin oruc tutduğunu görüb və  nə orucu olduğunu soruşub.

Yəhudilərin cavabı belə olub:

“Bu gün Allahın Musanı düşmənlərdən xilas etdiyi, fironu boğdurduğu gündür. Musa isə şükür olaraq bu gün oruc tutmuşdu”.

Bundan sonra Məhəmməd Aşura günü oruc tutulmasını əmr edib.

1news.az

Paylaş:
3825

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər