1news.az

Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

16 Mart saat 16:20 ~ 1 dəqiqəlik oxu 92
Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, digər sərəncamla Dağbəyi İsmayılov və Sevinc Abdullayeva İdarə Heyəti sədrinin müavinləri təyin olunublar. 
 
Qeyd edək ki, 2016-cı il noyabrın 24-də Prezident Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb. 
 
2017-ci il dekabrın 19-da isə Prezident İlham Əliyev AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə əsasən, AZƏRTAC-ın idarə edilməsi İdarə Heyəti tərəfindən həyata keçirilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net