“ASAN xidmət”lə İSESKO arasında Anlaşma Memorandumu imzalanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət”lə İSESKO arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

12:37 - 11 / 11 / 2017
“ASAN xidmət”lə İSESKO arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  (“ASAN xidmət”) nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir.

Səfər çərçivəsində noyabrın 10-da Dövlət Agentliyinin sədri İnam Kərimov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

1news.az-a Agentlikdən verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli və bu qabaqcıl təcrübənin İSESKO-nun üzv dövlətlərində tətbiqi məsələləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyalardan faydalanma, XXI əsrdə dövlət xidmətlərinin göstərilməsi sahəsində rastlaşılan çağırışlar barədə fikir mübadiləsi aparıblar.

Agentliyin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib. Həmçinin o, Dövlət Agentliyinin son illərdəki yenilikləri və uğurlu layihələri, o cümlədən tabeliyində yaradılmış “ABAD” mərkəzlərinin fəaliyyəti barədə İSESKO baş direktorunu məlumatlandırıb.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunun imzalanmasında məqsəd Dövlət Agentliyi və İSESKO arasında mövcud ikitərəfli əməkdaşlığı daha da gücləndirmək, İSESKO-ya üzv ölkələrdə dövlət xidmətlərinin göstərilməsi sahəsini daha da təkmilləşdirmək üçün “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığı təşviq etdirməkdir.

Görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Tarik Əliyev və Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (Azinnex) üzvləri də iştirak ediblər.

S.Xankişiyeva

 

Paylaş:
779

Son xəbərlər

“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59
Bütün xəbərlər