“ASAN xidmət”də “Qarabağ əhalisi” layihəsinin təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət”də “Qarabağ əhalisi” layihəsinin təqdimatı keçirilib – FOTO

11:50 - 25 / 01 / 2016
“ASAN xidmət”də “Qarabağ əhalisi” layihəsinin təqdimatı keçirilib – FOTO

“ASAN Könüllüləri” ictimai birliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Qarabağ əhalisi” layihəsinin təqdimatı keçirilib.

Bu haqda1news.az-a “ASAN xidmət”dən verilən xəbərə görə, təqdimat mərasimində layihə çərçivəsində çəkilmiş “Füzuli əhalisi” və  “Müasir Füzuli” filmləri də nümayiş etdirilib.

Filmlərdə işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş və hazırda Qarabağyanı rayonlarda yaşayan vətəndaşların Qarabağla bağlı xatirələri, gündəlik yaşam tərzləri əks olunub.

Tədbirdə KİV nümayəndələri, Qarabağ qazisi İlham Zəkiyev, Şuşa döyüşlərində iştirak etmiş Ağalar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri iştirak ediblər.

Qonaqlar çıxışları zamanı layihəni yüksək qiymətləndirərək bildiriblər ki, layihə gənclər arasında vətənpərvərlik hissinin artırılması və vətən uğrundan canlarından keçmiş qəhrəmanlarımızın gənclər arasında tanınmasına yardımçı olacaq. Həmçinin qeyd olunub ki, müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq, gənclər arasında bu istiqamətdə maarifləndirmənin geniş aparılması mütləqdir və bu tip layihələrin həyata keçirilməsi təqdirəlayiqdir.

Qeyd edək ki, layihənin əsas məqsədi, Qarabağdan didərgin düşmüş, habeləhazırda Ağdam, Tərtər, Füzuli və digər rayonlarında yaşayan vətəndaşlarımızın Qarabağ və gündəlik yaşamları barədə düşüncələrini, müharibənin onlara yaşatdığı iztirabları, ağrı-acıları, Qarabağ həqiqətlərini filmlər vasitəsilə geniş ictimaiyyətə çatdırmaqdır. Layihə çərçivəsində 4 videoçarx hazırlanmışdır ki, bunalardan 2 film təqdimat mərasimində nümayiş olundu.

Onu da qeyd edək ki, layihə silsilə xarakter daşıyır. Layihə çərçivəsində mütəmadi olaraq Milli Qəhrəmanlarımız, şəhidlərimiz haqqında marifləndirici filmlər çəkiləcək.

1news.az

Paylaş:
1231

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər