ASAN Radio ADR-in 100 illiyinə həsr edilən layihəni təqdim edir – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

ASAN Radio ADR-in 100 illiyinə həsr edilən layihəni təqdim edir – VİDEO

11:56 - 25 / 05 / 2018
ASAN Radio ADR-in 100 illiyinə həsr edilən layihəni təqdim edir – VİDEO

ASAN Radio müğənni Səbinə Babayeva ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeni layihəni təqdim edir.

1news.az-a ASAN Radio-dan verilən xəbərə görə, layihənin məqsədi dövlətçilik ənənə və dəyərlərinin, atributlarının təbliğidir.

Sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsus Azərbaycan Respublikasının Dövlət Himnini müğənni Səbinə Babayeva orijinala yaxın, klassik formada yenidən ifa edib. Aranjeman Samir Şirinova məxsusdur. ASAN Radio Azərbaycan Dövlət Himnini müğənni Səbinə Babayevanın ifasında dinləyicilərin ixtiyarına verir. 

Müğənni ifası ilə bağlı bunları deyib: “Mən həmişə himnimizi oxumaq istəmişəm. Birincisi ona görə ki, hər birimiz üçün himn əziz və müqəddəsdir. İkincisi, əmin  idim ki, himni yüksək səviyyədə ifa edə bilərəm. Dövlət himnimizin həm musiqisi, həm də sözləri mükəmməldir. Dahi Üzeyir Hacıbəylinin bəstələdiyi əsərin ab-havası möhtəşəmdir, çox güclüdür. Himni oxuyanda bunu çox yaxşı hiss etdim. Ümid edirəm ki, layihəmiz dinləyicilər tərəfindən qiymətləndiriləcək və seviləcək.”

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Avroviziya 2012” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səbinə Babayeva  2015-ci il Avropa Oyunlarının rəsmi bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib. Həmin vaxt Səbinə Babayevanın Fərid Məmmədovla birgə səsləndirdiyi  himn Almaniya Filarmoniyasında hazırlanmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq, ASAN Radio Səbinə Babayevanın ifasında Dövlət Himnini təqdim edir və informasiya dəstəyi verir.

S.Xankişiyeva

                 

 

Paylaş:
742

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər