Arzu Nağıyev: Serj Sarkisyan Dağlıq Qarabağda törətdiyi cinayətlərə görə mühakimə oluna bilər | 1news.az | Xəbərlər
Siyasət

Arzu Nağıyev: Serj Sarkisyan Dağlıq Qarabağda törətdiyi cinayətlərə görə mühakimə oluna bilər

20:36 - 23 / 04 / 2018
Arzu Nağıyev: Serj Sarkisyan Dağlıq Qarabağda törətdiyi cinayətlərə görə mühakimə oluna bilər

Kütləvi etirazlar nəticəsində istefa verməyə məcbur qalmış Serj Sarkisyanın bundan sonra Ermənistanda qalması yəqin ki, mümkün olmayacaq.

Çünki o, Xocalıda, Dağlıq Qarabağda törətdiyi cinayətlərə, o cümlədən Ermənistan parlamentindəki terror aktına və 1 mart hadisələrinə görə həm beynəlxalq tribunalda, həm də ölkə məhkəmələrində mühakimə olunacaq.

1news.az xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Sarkisyana qarşı yönələn ittihamlar nəticəsində onun həbs olunması qaçınılmazdır. Serj Sarkisyanın istefasından sonra Ermənistan parlamentinin buraxılması məsələsi də reallaşa bilər.

Bununla yanaşı, Sarkisyan tərəfindən təyin olunan hazırkı prezident Armen Sarkisyanın da dövlət başçısı kimi qalması məsələsinin müzakirə mövzusu olacağını deyən Arzu Nağıyev bildirib ki, bu gün Ermənistanın güc strukturlarındakı mafioz Qarabağ klanının saxlanmasında Armen Sarkisyan Serj Sarkisyanla birgə hərəkət edib. Məhz bunun nəticəsidir ki, əhalinin böyük hissəsi işsizdir və səfalət içində yaşayır. Ermənilərin böyük hissəsi müxtəlif xarici ölkələrdə miqrantdır. Serj Sarkisyanın apardığı siyasətin nəticəsidir ki, Ermənistan iqtisadiyyatı tam olaraq çöküb, ölkə mühüm beynəlxalq layihələrdən kənarda qalıb. Serj Sarkisyan və komandası Ermənistan xalqını 20 ildir ki, Dağlıq Qarabağ kartı ilə girov saxlayırdı. Bunun nəticəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə heç bir siyasi və iqtisadi əlaqələri yoxdur. Hərbi xuntadan yaxasını qurtaran erməni xalqı artıq öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı.

1news.az

Paylaş:
457

Son xəbərlər

Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29
Bütün xəbərlər