Artyom Həsənov: Azərbaycan Peşəkar Boks Federasiyası bu sahənin gələcək inkişafı üçün müxtəlif işlər nəzərdə tutur | 1news.az | Xəbərlər
Cəmiyyət

Artyom Həsənov: Azərbaycan Peşəkar Boks Federasiyası bu sahənin gələcək inkişafı üçün müxtəlif işlər nəzərdə tutur

11:30 - 18 / 06 / 2019
Artyom Həsənov: Azərbaycan Peşəkar Boks Federasiyası bu sahənin gələcək inkişafı üçün müxtəlif işlər nəzərdə tutur

Azərbaycan Peşəkar Boks Federasiyasının Seçki Konfransı keçirilib və yığıncaqda Federasiyanın gələcək fəaliyyəti, inkişaf strategiyası, təşkilati işləri və digər məsələlər müzakirə edilib.

Seçki Konfransının nəticəsi olaraq Federasiyanın Prezidenti vəzifəsinə boks sahəsində uzun illər təcrübəsi olan Artyom Həsənov seçilib. Belə ki, A.Həsənov son 10 ilə yaxın müddətdə “Baku Fight Lab” idman klubunun prezidenti vəzifəsində mühüm nailiyyətlər əldə edib.

“Peşəkar Boks Federasiyası ölkədə bu sahənin gələcək inkişafı üçün müxtəlif işlər həyata keçirməyi nəzərdə tutur. Belə ki, WBA, WBC, IBF və s. kimi beynəlxalq peşəkar boks təşkilatları, xarici ölkələrin federasiyaları, reytinqləri və döyüş nəticələrini qeydiyyata alan FIGHTFAX və BOXREC ilə əməkdaşlıq edəcəyik. Peşəkar Boks Federasiyasının həmçinin Boks Federasıyası ilə əməkdaşlığı və həvəskar boksçular arasından potensial peşəkar boksçuların seçilməsi də nəzərdə tutulur” – Peşəkar Boks Federasiyasının prezidenti A.Həsənov bildirib.

Federasiyanın vəzifələrinə peşəkar boksçulara, məşqçilərə və promouter şirkətlərinə müvafiq icazələrin verilməsi də daxildir. Yaradılan Peşəkar Boks Komissiyası peşəkar boksa aid məşqçi, həkim, katmen və digər şəxslərin xüsusi imtahanlardan keçməsini, promouter şirkəti ilə təşkil edilən döyüşlərin qaydalara uyğun aparılmasını təmin edəcək.

“Tədbirlərinin yüksək səviyyədə təşkili üçün Federasiya promouter şirkətləri ilə əməkdaşlıq edəcək. Promouter şirkətləri vasitəsilə peşəkar boks turnirlərinin və beynəlxalq səviyyəli Şou/Qala turnirlərin təşkili və mediada yayımı nəzərdə tutulur. Promouter şirkətləri ilə əməkdaşlıq boksçuların tanıtımı, irəli çəkilməsi və karyerasının inkişafı üçün mühüm rol oynayacaq, nəticədə yerli döyüşçülərin beynəlxalq səviyyəli peşəkar boks ulduzlarına çevrilməsi üçün imkanlar yaranacaq”, –  Federasiyanın prezidenti A.Həsənov əlavə edib.

Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti haqqında:

A.Həsənov idman sahəsində 10 ildən çox təcrübəyə malikdir. Belə ki, uzun illər həvəskar idmançı kimi boks ilə məşğul olan A.Həsənov son 10 ilə yaxın müddətdə “Baku Fight Lab” idman klubunun prezidenti vəzifəsində fəaliyyət göstərərək mühüm nailiyyətlər əldə edib. Əvvəllər “Rabitə”, 2018-ci ildən isə “Baku Fight Lab” adını daşıyan idman klubu A.Həsənovun rəhbərliyi altında Azərbaycan bayrağını beynəlxalq arenalarda dəfələrlə yüksəldən bir çox dünya, Avropa və Olimpiya çempionlarını və mükafatçılarını yetişdirən boks klubudur. İdman sahəsində fəaliyyəti ilə yanaşı, xaricdə təhsilini bitirdikdən sonra A.Həsənov həmçinin biznes fəaliyyəti ilə məşğul olaraq biznes layihələrinin inkişafı və idarəedilməsində uğurlu təcrübəyə malikdir.

Reklam hüququnda

Paylaş:
6159

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər