1news.az

Araz oynadı, komandası qalib gəldi

22 Oktyabr saat 19:32 bir dəqiqəlik oxu 256
Araz oynadı, komandası qalib gəldi

Kipr çempionatında 8-ci turun oyunları keçirilib.

1news.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” səfərdə “Etnikos”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 8 oyundan sonra aktivində 18 xal olan “Anortosis” turnir cədvəlinə liderlik edir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Azərbaycan futbolu BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net