Araz Əlizadə: “Ermənilər tarix boyu hamını satıblar. İndi isə növbə Rusiyanındır” | 1news.az | Xəbərlər
Siyasət

Araz Əlizadə: “Ermənilər tarix boyu hamını satıblar. İndi isə növbə Rusiyanındır”

18:00 - 23 / 08 / 2017
Araz Əlizadə: “Ermənilər tarix boyu hamını satıblar. İndi isə növbə Rusiyanındır”

Dünyanın ən maraqlı və mürəkkəb regionlarından biri də Cənubi Qafqaz regionudur. Regionun ən böyük dövləti olan Azərbaycan daim regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur.

Yürüdülən balanslı siyasət nəticəsində bu əməkdaşlıq formatları heç zaman üçüncü tərəfə yönəlmir, Azərbaycan bölgənin qarşıdurmalara deyil, əməkdaşlıq məkanına çevrilməsinə çalışır.

Azərbaycan NATO ilə tərəfdaşlıq edən ölkədir,  NATO üzvü olan ABŞ və Türkiyə ilə strateji əməkdaşlıq edir, NATO-nun Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarında iştirak edir, Əfqanıstana hərbi təyinatlı yüklərin daşımasında ən mühüm ölkədir.

Buna baxmayaraq Azərbaycan  öz prinsiplərinə sadiq qalaraq NATO ilə əməkdaşlığı digər dövlətlərə qarşı təzyiq vasitəsinə çevirmir. Buna görə iyu­lun 30-dan av­qus­tun 12-dək Gür­cüs­tan­da NA­TO çər­çi­və­sin­də ke­çi­ri­lən “La­yiq­li tə­rəf­daş 2017” tə­lim­lə­rinə qatılmayıb.

Ölkəmizdən fərqli olaraq Ermənistan öz məkrli siyasətini davam etdirməkdədir. Heç kəsə sirr deyil ki, uzun müddətdir ki, Ermənistan Moskvadakı erməni lobbisinin də cəhdləri ilə özünü Rusiyanın Qafqazda əsas dayağı, hətta forpostu kimi təqdim edir. Lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiltının üzvü olan Ermənistan Rusiyanı xüsusi qıcıqlandıran bu təlimlərdə nümayişkarənə şəkildə iştirak edib.

Er­mə­ni mət­bua­tı açıq şəkildə NA­TO tə­lim­lə­ri­ndə iştirakı Rusiyanın təsirindən çıxmaq üçün lazım olduğunu yazır.

Həm Gürcüstan, həm də Rumıniyadakı təlimlərdə iştirak edən Ermənistan gələcəkdə NATO-ya üzv olmaq haqda da müzakirələr aparır. Təlimlərin gedişində erməni hərbçiləri bu barədə istəklərini açıq şəkildə dilə gətiriblər.

O da bəlli olub ki, erməni tərəfinin Gürcüstandakı təlimlərə qatılmaqdan əsas məqsədlərindən biri də ABŞ-ın vitse-prezidenti Mayk Penslə gizli görüşlərin keçirilməsi olub.

Nəzərinizə çatdıraq ki, M.Pens Donald Tramp adminsitrasiyasının “şahinlər qanadı”nın əsas fiqurudur. Rusiya və İran əleyhinə kəskin bəyanatları ilə tanınır. Gürcüstanda keçiriln təlimlərin antiRusiya mahiyyətini də məhz o, açıq şəkildə bəyan edib. Təlimlərin keçirildiyi vaxt Rusiyanı NATO ölkələri üçün təhlükə adlandıran M.Pens Rusiya təhlükəsinin qarşısını almaq üçün hər şeyi edəcəklərini, region ölkələri ilə birgə çalışacaqlarını demişdi.

Təlimlərdən əvvəl NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturay İrəvanda olmuş və  Ermənistan prezidenti Serj Sarkisyan və parlament spikeri Ara Babloyan ilə görüşlər keçirmişdi.

Ermənistan rəsmiləri Avropa Birliyinə assosiativ saziş imzalmağa hazır olduqlarını da bəyan edirlər.

Hələ 2013-cü ildə Ermənistan saziş barədə  Avropa Birliyi ilə uzun-uzadı danışıqlar aparsa da, sonradan sazişə qol çəkməkdən imtina edərək Avrasiya İttifaqına üzvlüyə üstünlük verdiyini açıqladı. Aradan 4 il keçib və Ermənistanda yenidən  Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq gündəmə  gəlib, həm hakimiyyət, həm də müxalifət təmsilçiləri yeni variantda  “Şərq tərəfdaşlığı” sazişini imzalmağın vacibliyini vurğulayırlar.

Təbii ki, Ermənistanın son vaxtlar Qərblə yaxınlaşması rəsmi Moskvanı narahat etməyə bilməz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus KİV-lərinə müsahibəsində əsasən Ermənistanı nəzərdə tutan sərt xəbərdarlıq səsləndirib: ”Avrasiya İttifaqından olan həmkarlarımızla əlaqələr zamanı demişik ki, biz istəməzdik ki, məlum №Şərq tərəfdaşlığı№ proqramı adıkeçən fokus ölkələrini yanlış seçim qarşısında qoymaq üçün istifadə edilməsin”.

Ermənistanın Rusiyaya qarşı daha bir demarşı isə II Dünya Müharibəsində faşistlərin tərəfində Sovet İttifaqına qarşı döyüşən nasist canilərinin qəhərəmanlaşdırılmasıdır.

Rusiya mediası Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə İrəvanda faşist Qaregin Njdeyə  abidənin ucaldılması nasizmin, neonasizmin qəhrəmanlaşdırılması, irqçiliyin, ksenofobiyanın və onunla bağlı olan dözümsüzlüyün müasir formalarının eskalasiyasına təkan kimi dəverən təcrübələrlə mübarizəyə dair BMT Baş Məclisinin qətnamələrinin  pozulması kimi dəyərləndirir, bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünə zidd əməl olduğu qeyd edilir.

Göründüyü kimi, Ermənistan yeni hami axtarışına çıxıb və “daha yaxşı ödəniş” müqabilində Rusiyanı satmağa hazırdır.

Belə ikili oyunlar Rusiyanın bir çox aparıcı KİV-lərinin diqqətini cəlb edib. “Rosbalt” portalı qeyd edir ki, Serj Sarkisyan hətta NATO baş katibi Yens Stoltenberqi gələcək addımları müəyyən etmək üçün İrəvana dəvət edib.

Ru­si­ya­lı po­li­to­loq Ser­gey Mar­kov isə qeyd edir ki,  Er­mə­nis­tan ar­tıq Uk­ray­na­nın yo­lu ilə ge­dir.  Hər han­sı May­dan tip­li ha­di­sə­lər er­mə­ni ha­ki­miy­yə­ti­nə Qər­bə üz tut­ma­ğa əsas ya­ra­da bi­lər və Er­mə­nis­tan Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qın­dan çı­xa bi­lər. Er­mə­nis­tan Ru­si­ya­ya qar­şı po­ten­si­al düş­mən ola bi­lər.

Məsələyə münasibət bildirən millət vəkili Araz Əlizadə bildirib ki, öz müttəfiqini satması ermənilər üçün yeni bir şey deyil və onlar lazım gələrsə yenə belə bir addımı ata bilərlər:

“Çox istəyərdim ki, Ermənistan get-gedə Rusiyadan uzaqlaşsın və nəhayət Rusiyanın üzdəniraq millətçi siyasətçiləri başa düşsünlər ki, Rusiya ilə Ermənistanın xristian dövləti olması o demək deyil ki, onlar dostdular, qardaşdılar və bir-biriləri ilə müttəfiqdirlər. Ermənilər tarix boyu həmişə hamını satıblar. İndi isə növbə Rusiyanındır.

Bununla belə düşünürəm ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin soyuqlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir təsir göstərməyəcək. Çünki Rusiyanın indiki hakimiyyəti ermənilərlə olduqca yaxın münasibətlərə malikdir.

Münaqişənin həllində bir amil var ki, bu da Azərbaycanın güclənməsidir. Azərbaycan güclənib Ermənistana yaxşı dərs verməli və öz torpağını hərbi yolla azad etməlidir. Ermənistan heç zaman sülh yolu ilə Qarabağı azad etməyəcək. Tarixə nəzər salsaq görərik ki, müharibə ilə işğal olunan torpaqlar ancaq müharibə yolu ilə də qaytarılıb”.

A.Əlizadə ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bundan sonra da ATƏT-in məşğul olmasını istədiklərini də söyləyib:

“Yayda BMT-nin iclası zamanı təklif etdik ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin Təhlükəsizlik Şurasına qaytarılsın və münaqişə ilə bağlı qəbul olunmuş 4 qətnamənin yerinə yetirilməsi Ermənisyandan tələb edilsin, əks təqdirdə isə Ermənistana qarşı sanksiyalar tətbiq edilsin. Ermənilər və onların havadarları isə buna qəti etiraz edərək münaqişənin həlli ilə yenə də ATƏT-in məşğul olmasını istədiklərini bildirdilər. Çünki ATƏT onlara sərf edir. BMT-nin Təhlükəsizlik Şurasından fərqli olaraq ATƏT-in qərarları ancaq tövsiyə xarakterlidir, bu isə erməniləri tam qane edir”.

Babək Cahandarov

Paylaş:
3460

Son xəbərlər

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - FOTO18 / 03 / 2024, 21:05Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58Bakıda mənzildən meyit tapılıb18 / 03 / 2024, 14:49
Bütün xəbərlər