“Anatolian Phoenix-2019” təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib – FOTO – VİDEO
“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, brifinqdə təlimin məqsədi, ekipajların vəzifələri, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı təlimatlar şəxsi heyətə çatdırılıb.
Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin iki Mi-35 və iki Mi-17 helikopteri iştirak edir.
S.Xankişiyeva
544