ANAMA: Cocuq Mərcanlıda 4 500 kvadratmetr ərazi tam təmizlənib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Cocuq Mərcanlıda 4 500 kvadratmetr ərazi tam təmizlənib - FOTO

19:37 - 17 / 12 / 2017
ANAMA: Cocuq Mərcanlıda 4 500 kvadratmetr ərazi tam təmizlənib - FOTO

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi - gün ərzində 4 500 (0.45 ha) ərazi tam təmizlənmiş, mina və partlamamış hərbi sursat aşkar edilməmişdir.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 30 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 508 450 kv.m (50.85 ha) ərazi tam təmizlənmiş, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır. (Cəmi: 925 916 kv.m (92.59 ha).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 17 Dekabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 18 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 172 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, avtopark ərazisinə, su arxına, Daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar və Qoşqar çaylarının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Royal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zavodunun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 7 539 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 35 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 5 683 638 kv.m ərazi (1 288 388 kv.m əl ilə, 1 787 840 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 494 410 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.

S.Xankişiyeva

Paylaş:
680

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər