1news.az

Ana 18 yaşlı qızını baltalayıb – FOTO

14 Avqust saat 11:41 ~ 1 dəqiqəlik oxu 367
Ana 18 yaşlı qızını baltalayıb – FOTO

Rusiyada yaşayan qadın 18 yaşlı qızını yatdığı yerdə baltalayıb.

Hadisə Rusiyanın Perm diyarının Çaykovski şəhərində yaşanıb.

49 yaşlı Tatyana adlı qadın türk həyat yoldaşı evi tərk edəndən sonra qızını öldürüb. Qızın cansız bədəni sevgilisi tərəfindən tapılıb. Araşdırma zamanı qızın anası tərəfindən öldürüldüyü məlum olub. Belə ki, o, qızı yatdığı yerdə dəfələrlə başına balta ilə vurub.

Qonşuların ifadələrindən məlum olub ki, qadının həyat yoldaşı işləmək üçün Rusiyaya gəlib, uşaqları dünyaya gələndən sonra onu tərk edib. Qadın həmin vaxtdan bir neçə işdə işləyərək uşaqlarına baxıb. Lakin qadının 18 yaşlı qızı Yulia ilə münasibətləri çox pis olub. Qonşular onların tez-tez dalaşdığını, hətta qadının “onun kimi 7 qızım olsa, hamısını öldürərəm” kimi ifadələr işlətdiyini bildirir.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net