1news.az

American Thinker: Ermənilər qara bazarda terrorçulara nüvə materialları satmağa çalışır

19 May saat 16:12 ~ 2 dəqiqəlik oxu 598
American Thinker: Ermənilər qara bazarda terrorçulara nüvə materialları satmağa çalışır

Qərb sivilizasiyası üçün ən qorxuducu hadisə nevə terrorçuluğu, çirkli bombaların avropalılar, rusiyalılar, amerikalı və israillilərin yaşadığı şəhərlərdə partladılması ilə bağlı ssenaridir.

Bu haqda Raul Louri Kontreras  (Raoul Lowery Contreras) internet nəşri “American Thinker”də işıq üzü görən  “Nüvə terroru 1 addımlıqdadır” adlı məqaləsində bildirib.

Yaxın şərqdəki Əl- Qaidə terrorçularının əsas məqsədi qara bazarda radioaktiv materiallar- uran və pluton əldə edərək Qərbin, Rusiya və İsrailin siyasi hakimiyyətini qorxudan bomba hazırlamaqdır”,- deyə nəşrdə bildirilir.

“18 aprel tarixində Reuters agentliyi məlumat yayıb ki, Gürcüstanda uran 238-i 200 milyon dollara satmaq istəyən erməni və gürcü vətəndaşlar tutulub.

O da qeyd olunur ki, bu məsələdə adı hallanan 3 nəfər erməni Metsamor AES-in işçiləri olub.

“Biz materilların Metsamordan olduğunu yalnız ehtimal edə bilərik. Həmin materiallar erməni nüvə agentliyindən oğurlanaraq yaxud onlar tərəfindən 200 milyon dollara qara bazarda satılmaq üçün gətirilib.   

Məruzədə bildirilir ki, Gürcüstanın hüquq mühafizə orqanları bu məhsulların potensial alıcısının kim olduğunu müəyyən edə bilməyib.  Lakin satış qiymətinin 200 milyon dollar olmasından ehtimal etmək olar ki, bu İsrail, ərəb sünni dövləti, Türkiyə, Kipr, hətta şiə İranı da deyil.

Mövzu ilə əlaqdəar oxuyun:

The Huffington Post: Ermənilər nüvə materiallarının qaçaqmalçılığı ilə hamıdan çox məşğul olur

Məqalə müəllifi qeyd edir ki, ermənilərin nüvə materialının qaçaqmalçılığı ilə məşğul olması təbiidir, cünki Ermənistanın dənizə çıxışı yoxdur. Yeganə olaraq Gürcüstanın Qara dənizə çıxan limanı vasitəsilə nüvə materiallarını nəql etmək imkanı qalır.

Əgər Gürcüstan təhlükəsizlik orqanları özlərini yaxın şərqin ərəb terrorçuları kimi təqdim edib onları tutmağa nail olubsa, bu o deməkdir ki, bazarda real alıcılar- terrorçular var. Onlar özlərinə lazım olan bombanı hazırlamaq üçün nüvə materialı almağa hazırdırlar.

“Satıcıların olduğu yerdə alıcılar da vardır”- deyə məqalə müəllifi fikrini tamamlayıb.

Xatırladaq ki, American Thinker – fərdi konservativ internet-nəşrdir. O ABŞ siyasi hadisələrinin, onun xarici siyasətinin, milli təhlükəsizliyinin, iqtisadiyyatı, diplomatiyası, mədəniyyəti və hərbi strategiyasını müzakirə etmək üçün nəzərdə tutulub. İnternet-nəşr 2003-cü ilin may ayından etibarən Tomas Lifson (Thomas Lifson) tərəfindən Kaliforniya ştatının El Serrito şəhərində nəşr olunmağa başlayıb.

1news.az

Orijinal mətnlə aşağıdakı keçiddə tanış olmaq mümkündür.

Nuclear Terrorism is One Step Away – American Thinker

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Köşə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net