Altı ayda Heydər Əliyev Beynəlxalq Aeroportu 2 milyon sərnişinə xidmət göstərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Altı ayda Heydər Əliyev Beynəlxalq Aeroportu 2 milyon sərnişinə xidmət göstərib

16:00 - 10 / 07 / 2018
Altı ayda Heydər Əliyev Beynəlxalq Aeroportu 2 milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk altı ayı ərzində 1,96 milyon sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 14 faiz çoxdur.

Hesabat dövründə milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən 815 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkət tərəfindən isə 216 min sərnişin daşınıb. Beynəlxalq reyslərlə ümumilikdə 1 milyon 685 min sərnişinə xidmət göstərilib (ümumi sərnişin axınının 86 faizi). Beynəlxalq sərnişinlərin ümumi sayının 32 faizi AZAL aviaşirkətinin, 13 faizi  isə “Buta Airways” aviaşirkətinin payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan artıq istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-iyun aylarında bu istiqamətlərdə 1 milyon 250 min sərnişin uçub. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air”, həmçinin Omanın “SalamAir” aviaşirkəti (Maskat-Bakı) Bakıya uçuşlar yerinə yetirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu "Skytrax" konsaltinq şirkətinin ən yüksək “5 ulduz” reytinqinə layiq görülüb.

S.Xankişiyeva

 

Paylaş:
413

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər