Akademik Taliya Xabrievanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnsan Hüquqları İnstitutunun akademikləri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Taliya Xabrievanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnsan Hüquqları İnstitutunun akademikləri ilə görüşüb – FOTO

18:42 - 23 / 05 / 2019
Akademik Taliya Xabrievanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnsan Hüquqları İnstitutunun akademikləri ilə görüşüb – FOTO

Bu gün Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun alimləri ilə görüşü keçirilib.

Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, h.ü.e.d, professor Aytən Mustafazadə və Rusiya Federasiyasının Hökuməti yanında Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru, h.ü.e.d, akademik Taliya Xabrieva arasında “Elmi əməkdaşlıq haqqında” saziş imzalanmışdır.

Tərəflər insan hüquqlarının və azadlıqlarının qorunması, Konstitusiya hüququ və demokratik institutların inkişafı, yeni çağırışlar əsasında qanunvericiliyin təkmilləşdirilməsi (terrorizm, kibercinayətkarlıq, korrupsiya, şəxsi məlumatların qorunması, ekologiya, dövlət təhlükəsizliyi), beynəlxalq və milli qanunvericiliyin əlaqələndirilməsi və s. kimi sahələrdə qarşılıqlı əməkdaşlıq həyata keçirmək üçün razılığa gəlmişlər.

Taliya Yarullovna Xabrieva (Nasyrova) - Rusiya Federasiyasının Hökuməti yanında Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Beynəlxalq Müqayisəli Hüquq Akademiyasının üzvü, hüquq elmləri doktoru, akademik, Rusiya Federasiyasının əməkdar hüquqşünası, Tatarıstan Respublikasının əməkdar vəkili, Avropa Komissiyasının hüquq yolu ilə Demokratiya Komissiyasının (Avropa Şurasının Venesiya Komissiyası) üzvüdür. O, 1996-cı ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda işə başlamışdır. 1996-cı ildən 2002-ci ilədək aparıcı tədqiqatçı, Konstitusiya hüququ nəzəriyyəsi sektorunun rəhbəri, İctimai Hüquq Mərkəzinin müdir müavini vəzifələrində çalışmışdır. Taliya Xabrieva 1997-ci ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda "Rusiya Federasiyasının Konstitusiyasının Şərhi: Nəzəriyyə və Təcrübə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elə həmin ildən başlayaraq o, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (Universitet) professor kimi fəaliyyət göstərir. 1998-ci ildən 2001-ci ilədək - Dövlət katibi, Rusiya Federasiyasının federal işlər, milli və miqrasiya siyasəti nazirinin müavini vəzifələrini icra etmişdir. Həmçinin, o, Rusiya Federasiyasının 2-ci sinif etibarlı dövlət müşaviridir. Taliya Xabrieva 2001-ci ildən indiyədək - Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və müqayisəli hüquq institutunun direktoru kimi çalışır. Taliya Xabrieva ümumilikdə 300-dən çox elmi məqalənin müəllifidir.

H.ü.e.d, professor Rəşad Qurbanov və h.ü.e.d Ramin Qurbanovun redaksiyası və həmmüəllifliyi ilə hazırlanmış 3 cildli “Avropa və Avrasiya məhkəmə sistemləri elmi-ensiklopedik nəşr” kitabının ön sözü akademik Taliya Xabrieva tərəfindən yazılmışdır.

Qeyd edək ki, tədbirdə eyni zamanda, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktor müavini səlahiyyətlərini icra edən Kaşevarova Yuliya Nikolayevna, eləcə də Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri səalahiyyətlərini icra edən Belyalova Asiya Midihatovna da iştirak edirdilər.

Paylaş:
571

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər