“Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis edilib

13:57 - 17 / 09 / 2018
“Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis edilib

“Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının növbəti iclasında görkəmli alim Rəfiqə Əliyevanın anadan olmasının 86 illiyi şərəfinə “Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis olunması haqqında qərar qəbul edilib.

1news.az   xəbər verir ki, iclasda “Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvləri – Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan üzrə rəsmi nümayəndəliyinin rəhbəri, tanınmış hüquqşünas, redaksiya şurasının fəxri sədri Aureliya Qriqoriu, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi sənət və dizayn kafedrasını dosenti, jurnalın redaksiya şurasının sədri Fəxriyyə Xələfova, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor, “Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü Sevinc Hacıyeva, BDU-nun Qafqaz xalqlarının tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü İradə Hüseynova, “Mənim Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli, “Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktorunun birinci müavini Fikrət Nağıyev və başqaları iştirak ediblər.

Jurnalın redaksiya şurasının sədri Fəxriyyə Xələfova tədbiri açaraq məşhur alim, akademik Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyəti, onun respublikada kimya elminin inkişafına töhfəsi barədə söhbət açıb. Fəxriyyə Xələfova deyib: “Azərbaycanda analitik kimya sahəsində ilk və yeganə qadın akademik Rəfiqə Əliyeva böyük elmi nailiyyətlər qazanıb. O, elmin və təhsilin vəhdətini yaratmış unudulmaz şəxsiyyətlərdən biridir”.

Jurnalın redaksiya şurasının fikrincə, akademik Rəfiqə Əliyeva adına Qızıl orden elmi-tədqiqat fəaliyyətində məxsusi xidmətləri olan, mədəniyyətin və incəsənətin inkişafına, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmlənməsinə görkəmli töhfələr vermiş, parlaq idman nailiyyətləri qazanmış, elmi-texniki tərəqqiyə şərait yaradan sanballı kəşflər etmiş, maarif, təhsil, ictimai həyat sahələrində və sosial sferada nailiyyətlərə imza atmış vətəndaşların təltif olunması üçün təsis edilib.

“Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü Aureliya Qriqoriu qeyd edib ki, akademik Rəfiqə Əliyeva adına Qızıl orden ilə təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin vətəndaşları da təltif edilə bilər. Namizədliyi irəli sürülən şəxs bu ordenlə “Mənim Azərbaycanım” beynəlxalq jurnalının ekspert-redaksiya şurasının qərarına müvafiq olaraq təltif edilir.

Akademikin ailəsinin adından çıxış edən qızı - BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva tədbir iştirakçılarına minnətdarlığını bildirib və akademik Rəfiqə Əliyevanın məhsuldar elmi fəaliyyəti, onun yüksək mənəvi keyfiyyətləri barədə söhbət açıb, alim haqqında xatirələrini bölüşüb. Sevinc Hacıyeva deyib: “Rəfiqə xanım elə şəxsiyyətlərdəndir ki, onlar dünyalarını dəyişəndən sonra da həyatları davam edir. Ölkəmizin ictimai-sosial həyatında, elmin və təhsilin inkişafında mühüm rol oynamış Rəfiqə xanım onu tanıyanların hər birinin xatirəsində qayğıkeş pedaqoq və alim kimi yaşayır, bu insanlar onu ən xoş duyğularla xatırlayırlar. Rəfiqə xanım onların bəzilərinin müəllimi, digərlərinin elmi rəhbəri və qayğıkeş məsləhətçisi, başqaları üçün çətin, böhranlı anlarda onlara təsəlli verə biləcək dost və əvəzedilməz həmkar, nəhayət, gözəl ana idi. Həyatını kimya elminə həsr etmiş Rəfiqə Əliyeva həm də istedadlı pedaqoq olub. Yarım əsrdən artıq müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş bu alim bütün bilik və bacarıqlarını yüksək ixtisaslı kadrlar hazırlanmasına sərf edirdi. O, öz dərin biliklərini və zəngin təcrübəsini sonrakı nəsillərə çatdırmağı bacaran bir alim kimi böyük elmi məktəb yaradıb. Onun şagirdləri təkcə Azərbaycanda deyil, MDB-nin, ABŞ-ın, Kanadanın, Yaponiyanın, Cənubi Koreyanın, Avstraliyanın, İsrailin, Türkiyənin və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində və universitetlərində çalışırlar. Onlar xalqımıza böyük nüfuz qazandırıblar. Bu cür tale heç də hər bir alimə qismət olmur. 450-dən çox elmi iş, 25 dərslik və dərs vəsaiti, 20 patent – bunlar Rəfiqə Əliyevanın çoxillik fəaliyyətinin diqqətəlayiq nəticələridir. Bundan əlavə, onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb”.

Fəxriyyə Xələfova bildirib ki, Rəfiqə Əliyevanın şərəfinə mükafat təsis etmək təşəbbüsü təbiidir, çünki onun şəxsiyyəti hədsiz ehtirama layiqdir. Onun xatirəsi əbədiləşdiriləcək, onun adı elm, təhsil, maarifçilik tarixinə qızıl hərflərlə yazılıb. Bu orden həm də yeni nailiyyətlər üçün əlavə stimul ola bilər. Dünya praktikasında görkəmli şəxsiyyətlərin şərəfinə ordenlər, medallar və digər mükafatlar təsis olunması metodundan tez-tez istifadə edilir.

“Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli, Azərbaycanın Əməkdar müəllimi İradə Hüseynova, “Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktorunun birinci müavini Fikrət Nağıyev və başqaları öz çıxışlarında qeyd etdilər ki, 2018-ci il sentyabrın 20-də görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əlirza qızı Əliyevanın 86 illiyi tamam olur. “Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” mükafatının təsis olunması haqqında qərar bu yubileyə həsr edilib.

Təsadüfi deyil ki, dünya elminə qiymətli töhfələr vermiş, həyatını öz xalqına həsr etmiş insanlar heç vaxt unudulmur, onların xatirəsi əbədi yaşayır. Onlardan biri də fədakar alim və böyük pedaqoq Rəfiqə Əliyevadır. “Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının üzvləri deyiblər: “Biz əminik ki, akademik Rəfiqə Əliyevanın adını daşıyan bu yüksək mükafata layiq görülmək zəmanəmizin hər bir xadimi üçün böyük şərəf olacaq”.

1news.az   

 

Paylaş:
2245

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər