AİB Azərbaycana 250 milyon dollar kredit ayırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AİB Azərbaycana 250 milyon dollar kredit ayırıb

12:57 - 06 / 12 / 2017
AİB Azərbaycana 250 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Direktorlar Şurası Azərbaycana 250 mln. dollar dəyərində kreditin ayrılmasını təsdiq edib.

1news.az banka istinadla xəbər verir ki, kredit Azərbaycan hökumətinə dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və özəl sektorun iştirakı ilə iqtisadiyyatın diversifikasiyasına dəstək məqsədilə ayrılıb.

"Azərbaycanın hərtərəfli islahat proqramı ölkə iqtisadiyyatını modernləşdirəcək və orta müddətdən uzunmüddətli dövrə qədər inklüziv inkişafa dəstək olacaq. Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda dövlət sektorunun səmərəliliyi, o cümlədən maliyyəyə çıxış imkanları artaraq kiçik biznes üçün əlverişli şərait yaranacaq", - deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon O’Sullivan deyib.

"İdarəetmə və dövlət sektorunun səmərəliliyinin artırılması proqramı"nın birinci altproqramı Azərbaycanda fiskal konsolidasiya və iqtisadiyyatın diversifikasiyasına yönəlib. 2018-ci ildən həyata keçirilməsi planlaşdırılan ikinci altproqram isə birinci proqram çərçivəsində inkişafı möhkəmləndirəcək.

Qeyd edək ki, ADB-yə üzv olduğu 1998-ci ildən bu günə qədər Azərbaycana 4,1 mlrd. dollar dəyərində qrant və kreditlər ayrılıb.

1news.az

Paylaş:
603

Son xəbərlər

Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29
Bütün xəbərlər