Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin vaxtı açıqlanıb
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi cari ilin dekabr ayında keçiriləcək.
Bu barədə 1news.az-a xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
Onun sözlərinə görə, danışıqların Bakıda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, yeni saziş üzrə sonuncu müzakirələr bu il 2-3 oktyabr tarixlərində Brüsseldə baş tutub. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev rəhbərlik edib.
P.Sultanova
824