“Şahdağ”-ın yetirməsi Azərbaycanı “Dostluq üçün futbol” beynəlxalq layihəsində təmsil edəcək | 1news.az | Xəbərlər
Futbol

“Şahdağ”-ın yetirməsi Azərbaycanı “Dostluq üçün futbol” beynəlxalq layihəsində təmsil edəcək

11:21 - 11 / 04 / 2017
“Şahdağ”-ın yetirməsi Azərbaycanı “Dostluq üçün futbol” beynəlxalq layihəsində təmsil edəcək

İyunun 26-dan iyulun 3-dək Sankt-Peterburqda keçiriləcək “Dostluq üçün futbol” (Football for Friendship) beynəlxalq layihəsində təmsil edəcək azərbaycanlı nümayəndə müəyyən edilib.

1news.az-ın verdiyi xəbərə görə, ölkəmizi mötəbər yarışda “Şahdağ” Futbol Klubunun 12 yaşlı yetirməsi Rəvan Kazımov təmsil edəcək. Gənc futbolçu müdafiəçi mövqeyində çıxış edəcək. Kazımov Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan gənc futbolçularla bir komada da oynayacaq.

Qeyd edək ki, Sankt-Peterburqdakı turnurdə çıxış etmək üçün gənc futbolçulardan bir neçə penalti vurmaq tələb olunurdu. Turnirin yekunlarına görə, bu tapşırıqda hər kəsdən daha dəqiq “Şahdağ”-ın futbolçusu olub.

FİFA və Futbol üzrə Dünya Çempionatı 2018-in rəsmi tərəfdaşı olan  “Qazprom” Sankt-Peterburqda iyunun 26-dan iyulun 3-dək keçiriləcək “Dostluq üçün futbol” (Football for Friendship) beynəlxalq sosial uşaq layihəsinin beşinci mövsümünü açıq elan edib.

2017-ci ildə layihənin coğrafiyası daha da genişləndi: iştirakçı-ölkələrin sayı iki dəfə artdı – 32-dən 64-yə yüksəldi. İlk dəfə olaraq “Dostluq üçün futbol” layihəsində Meksika və ABŞ-dan olan uşaqlar da iştirak edəcək. Bununla da, layihə dünyanın dörd qitəsindən – Afrika, Avrasiya, Şimali və Cənubi Amerikadan olan gənc futbolçuları topladı.

Beşinci mövsüm yeni formatda keçiriləcək. Müxtəlif  ölkələrdən olan futbol klublarını təmsil edən komandalar əvəzinə, gənc futbolçular səkkiz beynəlxalq yığmada – Dostluq Yığmasında birləşəcək.

Açıq pükatma mərasimində yığmanın tərkibi, eləcə də işitirakçı ölkələrin nümayəndələri üçün oyun mövqeləri də təyin edilib. Komandalar qız və oğlanlardan, eləcə də sağlamlıq imlanları məhdud gənclər olmaqla səkkiz nəfərdən ibarət olacaq.

İyulun 1-də Sankt-Peterburqda Dostluq üçün Beynəlxalq Futbol Çempionatı təşkil ediləcək. Layihə çərçivəsində oyun meydançasına müxtəlif milliyyətdən, cinsiyyət və fiziki imkanlara malik gənc oyunçulardan ibarət komandalar çıxacaq. “Dostluq üçün futbol” layihəsinin beşinci bağlanış mövsümünün Forum iştirakçıları “Sankt-Peterburq Arena”da keçiriləcək Konfederasiyalar Kuboku 2017-nin final oyununa baxmaq imkanı əldə edəcək.

 “Qazprom” gələcəyə yönəlmiş qlobal layihələr həyata keçirir. “Dostluq üçün futbol” layihəsi də bu məqsədə müvafiqdir. Dörd il ərzində iştirakçı-ölkələrin sayı səkkiz dəfə artıb. Bu il Sankt-Peterburqda dörd qitədən olan gənc futbolçular görüşəcək. Bu, sosial layihəmizin dəyərini aydın göstərir və bunun uşaqlar, yeniyetmələr üçün vacibliyini vurğulayır”, - “Qasprom” İSC-nin İdarə Heyətinin nümayəndəsi Aleksey Miller qeyd edib.

 “Qazprom”un təşəbbüsü bütün dünyadan olan uşaqlara “Dostluq üçün futbol” layihəsinin aparıcı dəyərlərini dəsətəkləmək üçün hamılıqla əlbir olmaq imkanı verir. Biz FİFA-nın Dünya Çempionatı 2018-ə qədər Təşkilat Komitəsinin bütün təşəbbüslərinə kəmk etməyə çox şadıq”, - FİFA-nın kommersiya direktoru Filipp Le Flok bildirib.

Qeyd edək ki, 1news.az “Dostluq üçün futbol” layihəsinin informasiya tərəfdaşıdır. 

Paylaş:
1702

Sizin üçün xəbərlər

Son xəbərlər

Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48Ukrayna Rusiyaya hücum etdi - Ölən və yaralananlar varBu gün, 10:34Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaqBu gün, 10:26Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblarBu gün, 10:11Ağdaşda tikinti mağazası yandı - VİDEOBu gün, 10:01Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 09:59Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:47AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:34Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:26Qobustan qəsəbəsində 24 yaşlı oğlan evdə ölü aşkarlanıbBu gün, 09:21Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:18Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçibBu gün, 09:12Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:00“Vüsal hicrandan acıymış” filminin təqdimat mərasimi keçirildi – FOTO05 / 05 / 2024, 14:00İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51
Bütün xəbərlər