Ağsuda Heydər Əliyev Fondunun inşa etdiyi yeni məktəb binası istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda Heydər Əliyev Fondunun inşa etdiyi yeni məktəb binası istifadəyə verilib - FOTO

15:16 - 17 / 09 / 2018
Ağsuda Heydər Əliyev Fondunun inşa etdiyi yeni məktəb binası istifadəyə verilib - FOTO

Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan tam orta məktəb üçün yeni bina istifadəyə verilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sentyabrın 17-də, ilk dərs günündə Fond tərəfindən layihələşdirilərək tikilən yeni tədris ocağının açılışı olub.

Rayon rəhbərliyinin, qonaqların, valideynlərin iştirak etdikləri mərasimdə Azərbaycanın Dövlət himni səsləndirilib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev mərasimi açaraq ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən Ağsuda son illər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıb.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov şagird və müəllimləri yeni dərs ili, eləcə də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. A.Ələkbərov iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb.

Fond tərəfindən minlərlə layihənin reallaşdırıldığını, bu layihələrin coğrafiyasının genişləndirilərək Azərbaycanın hüdudlarını aşdığını diqqətə çatdıran A.Ələkbərov fəaliyyətin mədəniyyət, təhsil, səhiyyə, tarixi abidələrin bərpası və digər istiqamətləri əhatə etdiyini söyləyib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri çərçivəsində ölkəmizdə 400-dən çox məktəb binası inşa olunub. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi və bu layihə çərçivəsində görülən işlər Fondun təhsilimizə, gələcəyimizə göstərdiyi qayğının nəticəsidir.

Tədbirdə məktəbin direktoru Yaşar Qarayev çıxış edərək geniş şəraiti olan təzə məktəb binası ilə yanaşı, tədris ocağının zəruri avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Buna görə kollektiv və kənd sakinləri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonda qonaqlar binanı gəzərək yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 2500 kvadratmetrdən çox sahəsi olan bina ikimərtəbəli, 220 şagird yerlikdir. Binada bütün zəruri inventar və avadanlıqlarla təchiz edilən 11 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, informatika kabineti, tibb otağı, emalatxana, hərbi hazırlıq otağı, akt zalı və yeməkxana var. Açıq havada 1000 kvadratmetr sahəsi olan idman meydançası qurulub.

Yeni tədris ocağı daimi su, istilik sistemi, eləcə də yanğın xəbərverici və videomüşahidə sistemləri ilə təmin edilib. Ərazidə yaşıllıq zonası salınıb, 200-dən çox yeni ağac əkilib.

Birnövbəli sistemlə məktəbdə 150 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 23 nəfər müəllim məşğul olur. Tədris Azərbaycan dilində aparılır.

1news.az

Paylaş:
574

Son xəbərlər

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16
Bütün xəbərlər