Agentlik Fransa süd məhsulları ilə bağlı araşdırma aparıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Agentlik Fransa süd məhsulları ilə bağlı araşdırma aparıb

12:03 - 18 / 01 / 2018
Agentlik Fransa süd məhsulları ilə bağlı araşdırma aparıb

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi dünyada üçüncü süd məhsulları istehsalçısı olan Fransanın süd konserni “Lactalis Group”un Kraon zavodunda istehsal olunmuş bütün quru süd və əlaqəli süd məmulatlarının geri götürüləcəyi ilə bağlı beynəlxalq mediada yayılan xəbərlərlə bağlı araşdırma aparıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, bu qərar 12 yanvar 2018-ci il tarixdə Fransanın İqtisadiyyat naziri Bruno Le Mer və konsernin baş direktoru Emmanuel Benye arasında danışıqlardan sonra verilib. “Lactalis Group” Beynəlxalq Fransa şirkətinin ölkəmizdəki təmsilçisi 2011-ci ildən fəaliyyətdə olan "Lactalis Caspi” MMC şirkətidir:

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə “Lactalis Group”a məxsus hansı çeşiddə və sayda qida məhsullarının idxal olması ilə bağlı araşdırmalara başlamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, müvafiq quruma “Lactalis” nişanlı uşaq qidalarının dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar hər hansı bir müraciət olmamışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən quruma verilən məlumata görə, 2017-ci il ərzində adı çəkilən şirkətin “Picot”, “Milumel” və “Celia” uşaq qidaları və digər süd məhsulları ölkəmizə idxal edilməmiş, bu şirkətə məxsus başqa nişanlı süd məhsulları idxal edilmişdir ki, onlardan da götürülən nümunələrin qida üçün yararlı olduğu müəyyən edilmişdir".

Agentlikdən bildirilib ki, “Lactalis Group”un Azərbaycandakı nümayəndəliyi “Lactalis Caspi” MMC-nin təmsilçilərinin Qida Təhlükəsizliyi Agentliyinə verdiyi məlumata görə, “Celia” nişanlı qida məhsulları əvvəlki illərdə ölkəyə idxal edilib, lakin 2013-cü ildən etibarən bu məhsulun idxalı dayandırılıb. Hazırda beynəlxalq şirkətə məxsus digər süd məhsulları idxal edilir:

"Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən “Lactalis Group”a məxsus “Picot”, “Milumel” və “Celia” nişanlı uşaq qidaları və digər süd məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilmişdir".

1news.az  

 

 

Paylaş:
485

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər