Ağac kəsintisi ilə bağlı toplanmış materiallar prokurorluğa göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağac kəsintisi ilə bağlı toplanmış materiallar prokurorluğa göndərilib

17:41 - 18 / 09 / 2018
Ağac kəsintisi ilə bağlı toplanmış materiallar prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Şamaxı rayonunun ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkarlanıb.

Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Həmin əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaşköküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırıldığı faktı aşkarlanıb. Nəticədə təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.

Faktla bağlı xəstəxananın baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Şamaxı Rayon Prokurorluğuna göndərilib.

1news.az

Paylaş:
390

Son xəbərlər

Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38
Bütün xəbərlər