AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

19:43 - 20 / 12 / 2017
AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

14 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/4 mərhələsinin “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində “Zirə” klubunun 23 №-li futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

15 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/4 mərhələsinin “Sumqayıt” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.

17 dekabr 2017-ci il, Region Liqasının, “Şəki” – “Şirvan” matçının 78-ci dəqiqəsində “Şirvan” klubunun 5 №-li futbolçusu Ruslan Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

17 dekabr 2017-ci il, Region Liqasının, “Dinamo” – “Astara” matçının 30-cu dəqiqəsində “Dinamo” klubunun 6 №-li futbolçusu Məğrur Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

16 dekabr 2017-ci il, Region Liqasının, “Neftçala” – “Füzuli” matçının 42-ci dəqiqəsində “Neftçala” klubunun 6 №-li futbolçusu Nüsrət Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

13 dekabr 2017-ci il, Gənclər Liqasının, “Səbail” – “Sumqayıt” matçının 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Məhərrəm Həsənov hakimlər briqadasın təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

18 dekabr 2017-ci il, Bakcell U-17 Liqasında, “Keşlə” – “Neftçi” İK İB matçının 89-cu dəqiqəsində “Neftçi” İK İB klubunun baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

16 dekabr 2017-ci il, U-14 Liqasının, UGİM (Göyçay) – Şirvan (Şirvan) matçının 60-cı dəqiqəsində Şirvan klubunun 1 №-li futbolçusu Amid Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

16 dekabr 2017-ci il, U-14 Liqasının, Arzu UGİM-1 (Gəncə) – TİM (Gəncə) matçının 50-ci dəqiqəsində TİM klubunun 9 №-li futbolçusu Nahid Tanrıverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

17 dekabr 2017-ci il, Coca Cola U-13 Liqasının, “Zirvə” (Lənkəran) – UGİM (Lənkəran) matçının 9-cu dəqiqəsində “Zirvə” klubunun 3 №-li futbolçusu Mirzə Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

16 dekabr 2017-ci il, Coca Cola U-13 Liqasının, “Təhsil” RİM (Sumqayıt) – “Məhəllə usaqları” (Sumqayıt) matçında “Təhsil” RİM klubunun məşqçisi Tağı Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

16 dekabr 2017-ci il, Coca Cola U-13 Liqasının, “Həkəri” (Qubadlı) – UGİM 14 Binəqədi (Bakı) matçının 42-ci dəqiqəsində UGİM 14 klubunun 8 №-li futbolçusu Yusif Alverov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

16 dekabr 2017-ci il, Coca Cola U-13 Liqasının, UGİM-1 (Sumqaayıt) – Xızı Təhsil (Xızı) matçının 45-ci dəqiqəsində UGİM-1 klubunun 12 №-li futbolçusu Şahin Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

16 dekabr 2017-ci il U-10 Liqasında, Təhsil RİM (Sumqayıt) – UGİM 14 Binəqədi (Bakı) matçında UGİM 14 komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

5 dekabr 2017-ci il Yüksək Qızlar Liqasında, "Baku City" – "Fidan" matçında Fidan komandası yaş limitini pozduğuna görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

9 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, "Xırdalan City"  – UGİM Lənkəran matçında UGİM Lənkəran komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

17 dekabr 2017-ci il, U-16 Qızlar Liqasında Liqasında, “Təhsil” – UGİM (Qax) matçının 62-ci dəqiqəsində “Təhsil” klubunun 15 №-li futbolçusu Rübabə Atakişizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

16 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, UGİM Lənkəran  – “Gömrükçü”  FK matçında UGİM Lənkəran komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hall 3-cü dəfə təkrar olunduğu üçün klub yarışlardan kənarlaşdırırlır.

13 dekabr 2017-ci il, futzal üzrə Yüksək Liqanın  “FK.İD. Futsal” – “Neftçi” İK matçının 29-cu dəqiqəsində “Neftçi” İK klubunun 11 №-li futbolçusu Tural Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. 

16 dekabr 2017-ci il, futzal üzrə Yüksək Liqanın  “Neftçi” İK – “Xəmsə” matçının 26-cı dəqiqəsində “Neftçi” İK klubunun 13 №-li futzalçısı Əjdər Əjdərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. 

17 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Bayker Hughes” – “Dalğa” matçının 43-cü dəqiqəsində “Dalğa” klubunun 1 №-li futzalçısı Şahin Dadaşzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

17 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “Rezident.az” matçının 31-ci dəqiqəsində “Rezident.az” klubunun 9 №-li futzalçısı Zaur Aslanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Oyun başa çatdıqdan sonra  “Rezident.az” klubunun futzalçısı İlkin Aslanlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

17 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Atletiko Baku” – “Bədr Xocalı” matçının 48-ci dəqiqəsində “Atletiko Baku” klubunun 77 №-li futzalçısı Sumray Kazımovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimi təhqir etdiyinə görə  4 oyun cəzalanır. Oyun zamanı “Atletiko Baku” klubunun futzalçısı Səid Abbalov hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır.

1news.az

Paylaş:
606

Son xəbərlər

Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17
Bütün xəbərlər