1news.az

Aerobika gimnastikası üzrə beynəlxalq dərəcəli azərbaycanlı hakimlər müəyyənləşdi

4 Fevral saat 20:09 bir dəqiqəlik oxu 501
Aerobika gimnastikası üzrə beynəlxalq dərəcəli azərbaycanlı hakimlər müəyyənləşdi

Yanvar ayının 16-20 tarixlərində Litvanın Vilnüs şəhərində aerobika gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunub.

1news.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, seminarda iştirak edən Azərbaycan təmsilçiləri Nigar Abdusəlimova və Aleksandra Qorobçuk imtahanlardan uğurla keçərək, 4-cü hakimlik kateqoriyasını əldə ediblər.

Qeyd edək ki, bu kateqoriya növbəti Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Müxtəlif BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net