ADU-da ilk Latın Amerikası film festivalının bağlanış mərasimi olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADU-da ilk Latın Amerikası film festivalının bağlanış mərasimi olub - FOTO

10:17 - 20 / 04 / 2018
ADU-da ilk Latın Amerikası film festivalının bağlanış mərasimi olub - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) ölkəmizdə ilk  dəfə kecirilən Latın Amerikası film  festivalının bağlanış mərasimi olub.

1news.az-a ADU-dan verilən məlumata görə, bağlanış mərasimində iki film nümayiş olunub. Bunlar Meksika istehsalı olan “Təlimatlar qəbul edilmir” və Peru istehsalı olan “Qədim Dostlar” filmləri olub.

Əvvəlcə ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı çıxış edərək festivalın əhəmiyyəti barədə danışıb.

Daha sonra isə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini,  Perunun ölkəmizdəki müvəqqəti işlər vəkili Luis Çanq Boldrini çıxışlarında tələbələrə filmlər haqqinda qısa məlumat veriblər. Belə tədbirlərin mütamadi keçirlməsinin ölkələr arasında mədəni əlaqələrin inkişafı baxımından labüdlüyü vurğulanıb.

Qeyd edək ki, Latın Amerika mədəniyyətini və ənənələrini təşviq etmək məqsəd ilə Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası film festivalı təşkil olunub.

Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əməkdaşlığı ilə baş tutan festival çərçivəsində nümayiş olunan filmlər Azərbaycan ictimaiyyətini bu ölkələrin mədəniyyəti, həyat tərzi, adət-ənənələri ilə daha yaxından tanış olmaq imkanı verib.

P.Sultanova

 

Paylaş:
580

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər