ADNSU ilə Belarusun Qomel Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADNSU ilə Belarusun Qomel Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb – FOTO

15:28 - 07 / 03 / 2018
ADNSU ilə Belarusun Qomel Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb – FOTO

Martın 6-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Belarusun Qomel Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb.

1news.az-a ADNSU-da verilən xəbərə görə, qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU haqqında qonaqlara ətraflı məlumat verib. Universitetdə 3 dildə təris aparıldığını qeyd edən rektor, professor M.Babanlı tədris prosesi, beynəlxalq əməkdaşlıq əlaqələri, ingilis dilində tədris, universitetin əcənəbi tələbələri və əməkdaşlıq oluna biləcək sahələrdən bəhs edib. Bunlarla yanaşı universitetdə İT Akademiya, Startap mərkəzinin fəaliyyətindən danışan rektor M.Babanlı tələbə mübadiləsi  və kadr hazırlığı sahəsində əməkdaşlığın önəmini qeyd edib.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Belarusiyanın Təhsil Nazirliyinin nümayəndəsi  Olqa Xatkeviç neft ölkəsi olaraq Azərbaycanın bu sahədəki uğurlarını və ADNSU-nun neft üzrə kadr hazırlayan əsas ali təhsil ocaqlarından biri kimi əhəmiyyətini yüksək qiymətləndirdiyini deyib.

Belarusun Qomel Texniki Universitetinin prorektoru Aleksandr Sıçev ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını və əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonda qonaqlar ADNSU-nun tarix muzeyi ilə tanış olublar.

S.Xankişiyeva

Paylaş:
595

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər