Adnan Oktarın daha bir qurbanı danışdı | 1news.az | Xəbərlər
Dünya

Adnan Oktarın daha bir qurbanı danışdı

09:30 - 16 / 07 / 2018
Adnan Oktarın daha bir qurbanı danışdı

Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktarla bağlı daha bir məşhur sima danışıb.

1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, keçmiş model Ebru Şimşek səssizliyini pozaraq Oktarla bağlı açıqlama verib.

“İllərdir Adnan Oktarın əməllərinin üstünün açılması ilə mübarizə aparıram. Nəhayət, cəzasını aldı. Onun ən böyük qurbanı mənəm. Əslində 19 il deyilir, amma mənim mübarizəm 25 ildir davam edir. 18 yaşımdan təkbaşına Adnan Oktarla mübarizə aparıram. 25 il əvvəl nələr dedimsə, bu gün hamısı gerçəkləşdi. Bütün günüm məhkəmələrdə keçirdi. Amma haqqımda edilən 300 şikayətin hamısından təmiz çıxdım”, - deyə, Ebru bildirib.

Model bildirib ki, Adnan onu hər zaman şantaj edib. 18 yaşında ən məşhur modellərdən biri olub. Amma Adnan Oktara görə işini görə bilməyib. Çünki tez-tez polis idarəsinə aparılır, haqqında şikayətlər olduğu deyilirdi. "Mənə dedi ki, səni televiziyada və qəzetlərdə gördüm. Çox bəyəndim, gecə geyimini də götür gəl və mənimlə yaşa. Sənə "Jaguar" alacam, "Versace"dən ucuz brend geyinməyəcəksən. Mən də qəbul etmədim və hər şey buradan başladı. ABŞ-da ailəmlə yaşayıram, çox xoşbəxtəm. Bu gün olanlara çox sevindim. Haqq yerini tapdı" deyə, keşmiş model sözlərini tamamlayıb.

Qeyd edək ki, Oktar Türkiyəyə aid gizli sənədləri və məlumatları MOSSAD vasitəsilə İsrailə ötürmə, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma və bir sıra digər maddələrlə ittiham olunur.

“Kediciklərin” hocası Adnan Oktar kimdir? – FOTO – VİDEO

Adnan Oktarın şəbəkəsi barədə yeni faktlar – FOTO

S.Xankişiyeva

 

 

Paylaş:
1191

Son xəbərlər

Müasir interyer, şəxsi hovuzlar, hotelə bağlı xüsusi çimərlik, möhtəşəm təamlar, yüksək səviyyəli rahatlıq - FOTO - VİDEOBu gün, 09:24Bu gün 4 rayonda qaz kəsiləcəkBu gün, 09:17Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıbBu gün, 09:13Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:12Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:06Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunubBu gün, 08:56Bakıda sıxlıq olan yollar - SIXLIQBu gün, 08:52Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37
Bütün xəbərlər