Adnan Oktar işində yeni fakt: qızların 15 yaşı olan kimi... | 1news.az | Xəbərlər
Dünya

Adnan Oktar işində yeni fakt: qızların 15 yaşı olan kimi...

16:57 - 14 / 08 / 2018
Adnan Oktar işində yeni fakt: qızların 15 yaşı olan kimi...

Adnan Oktarın cinayətkar qrupu ilə bağlı qalmaqallı gerçəklər üzə çıxmaqda davam edir.

1news.az Musavat.com-a istinadən bildirir ki, cinayətkar dəstənin aktyorluq agentlikləri üzərindən təşkilata əməkdaş qazandırdığı üzə çıxıb. Reklam üzü olması üçün agentliklərə yazdırılan uşaqların da cinayətkar dəstə tərəfindən təqib edildiyi, 15 yaşına çatan kimi onlarla əlaqə yaradılaraq, dəstəyə dəvət edildikləri iddialar sırasındadır. Bundan başqa, "kedicik" adlandırılan qadınların bəzilərinin də “escort” saytlarından tapıldığı, qadınların bu dəstəyə düşəndən sonra onların varlı kişiləri də dəstəyə dəvət etdikləri üzə çıxıb.

Cinayətkar dəstə turnike sistemi üzərindən cəlb etdikləri qadınları “cast” və aktyorluq agentliklərinə sızdıraraq, zövqlərinə uyğun qadın və kişilərdən ibarət kataloq hazırlayıblar. A.Oktara aid olan A9 telekanalında canlı yayıma çıxarılan, davamlı olaraq müxtəlif rakurslardan çəkiliş edilərək, bədənlərinin hər hissəsi nümayiş etidirlən qadınlardan bəzilərinin də “escort” saytlarından tapılıb təşkilata cəlb olunduğunu üzə çıxıb. Onlara təşkilat tərəfindən verilən tapşırıq varlı kişiləri təşkilata cəlb etmələri olub.

Reklam və aktyorluq agentliklərində qeydiyyata düşən gənc qadın və kişiləri təqib edən cinayətkar dəstə üzvləri qeydiyyat sənədlərini yığaraq, Adnan Oktara təqdim edirdi. Bundan başqa, A.Oktarın tapşırığı ilə onun yaxın adamları yalançı aktyorluq agentlikləri yaradıblar.

Yuxarıda da qeyd etdiyimiz kimi, A.Oktar dəstəsinin əsas hədəflərindən biri də azyaşlı uşaqlar olub. İddiaya görə, Oktarın göstərişi ilə reklam üzü olması üçün ailələri tərəfindən agentliklərdə qeydiyyata salınan azyaşlı uşaqların sənədləri də ona təqdim edilib. Oktarın bəyəndiyi uşaqları təqib etdirdiyi və yaşları 15-ə çatan kimi təşkilat üzvlərinə "o uşaqlarla valideynlərindən xəbərsiz əlaqə qurun və təşkilata qazandırın" təlimatı verdiyi də iddialar arasındadır.

A9 telekanalında canlı yayıma çıxarılan “escort” qadınlar isə daha sonra təşkilat üçün cani-dildən çalışmağa başlayıblar. Belə ki, bu qadınlar daha sonra varlı, malı-mülkü olan kişiləri təşkilata gətirir, onların pullarını, mallarını əllərindən alırdılar. Malları əlindən alınan və buna etiraz edən kişilərin qabağına isə intim münasibət zamanı çəkilən videolar qoyulub, bunların yayılacağı ilə bağlı şantaj ediliblər. Məhz bu şantajdan sonra kişilər polisə bununla bağlı şikayətdən vaz keçiblər.

Bu arada banklardan gələn hesab sənədlərini dəyərləndirən polis Oktarın sərvətinin 1 milyard dollara yaxın bir rəqəmə çatacağını təxmin edir.

1news.az

Paylaş:
1019

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər