Adapterə görə baş verən dəhşətli cinayət: ata-oğul birləşib idmançını öldürdülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Adapterə görə baş verən dəhşətli cinayət: ata-oğul birləşib idmançını öldürdülər

10:23 - 19 / 09 / 2018
Adapterə görə baş verən dəhşətli cinayət: ata-oğul birləşib idmançını öldürdülər

Sumqayıt şəhəri 21-ci məhəllədə bir neçə gün əvvəl baş verən davada xəsarət alanlardan biri dünyasını dəyişib. Sentyabrın 5-ci gecə saatlarında baş verən olay zamanı Sumqayıt şəhər sakini - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar.

1news.az xəbər verir ki, Publika.az-a danışan Rasif Həbibovun qardaşı Vasif Həbibov onun bir neçə gün əvvəl vəfat etdiyini deyərək hadisənin şok təfərrüatından danışıb. O, qardaşının telefonun enerji aparatı üstündə öldüyünü deyib.

"Qardaşım onu bıçaqlayaraq öldürən Əhəd İsmayılovun oğlu Nicat İsmayılovla dost olub. Hətta Nicat evdəkilərdən küsəndə bizdə qalırdı, qardaşım yatağını ona verirdi, get-gəlişimiz var idi. Sonra münasibətləri pozulub. Onun balaca oğlu Ramili isə qardaşım idmana aparıb, ona böyük qardaş kimi davranıb. Hazırda Nicat Gürcüstandadır, onun hadisə ilə heç bir əlaqəsi yoxdur. Hadisə Ramil İsmayılovla qardaşım arasında baş verən mübahisədən sonra yaşanıb. Belə ki, sentyabrın 4-dən 5-nə keçən gecə qardaşım dostu ilə Sumqayıtdakı ineternet klubların birinə daxil olub. Həmişə getdiyi yerdir, oranı işlədən şəxsdən telefonunun "zaryatka" toplaması üçün adapter istəyib. O da adapterin yerini göstərib. Həmin vaxt Ramilin telefonu enerji yığırmış. Rasif Ramilin telefonunun enerji ilə dolduğunu görüb çıxaranda o söyüş söyməyə başlayıb. Ramil söyüş söyəndən sonra onların arasında mübahisə olub, Rasif onu şillə ilə vurub. Daha sonra həmin məkanı tərk edib.

Bütün bunların hamısının görüntüləri var. Hətta qardaşım sonradan dostlarına tapşırıb ki, onun əvəzindən gedib Ramilin könlünü alsınlar. Desinlər ki, böyük qardaş kimi ərk edib vurub. Bu zaman Ramil atasına hadisə barədə məlumat verib, hər ikisi evdən bıçaq götürərək çıxıblar. Ramil atası ilə çayxanaya gəlib, aralarında yenə mübahisə yaranıb, ata-bala Rasifi söyüblər, daha sonra söhbət etmək üçün qardaşımı kənara dəvət ediblər. O, Ramilgilin maşınına minib gedəndə dostu Samir Dadaşov yanında olub, tək qoymamaq üçün o da gedib. Hadisə yeri çayxanadan çox da uzaqda deyil, lakin nisbətən qaranlıq yerdir.

Onlar hadisə yerinə çatan kimi Ramilin atası Əhəd söyüş söyməyə başlayıb. Rasif yaşına görə ona hörmət etdiyini deyib və irəli getməməsi üçün xəbərdarlıq edib. Lakin Əhəd İsmayılov Rasifə bıçaqla vurub. Rasif hər gün idmanla məşğul olur, ona görə heç bıçaq zərbəsini hiss etməyib. Bu zaman Ramil İsmayılov Samirlə dalaşmağa başlayıb. Həmin vaxtda Ramil Samirə 3 bıçaq zərbəsi vurub. Samir Rasifə kömək edə bilməyib. Samirin sözlərinə görə, əvvəl bıçaqlandığını hiss etməyib, amma Ramilin onu vurub meşəliyə doğru qaçanda əlində bıçaq olduğunu görüb.

amir deyir ki, həmin vaxt Rasif Əhədi üzü üstə çökdürsə də, o bıçaqla qardaşıma zərbələrə endirirmiş. Sonra Samir Rasifi xəstəxanaya aparıb. Qardaşım Sumqayıtda xəstəxanaya yerləşdirilib, o 5 yerindən - Samir isə 3 yerdən bıçaqlanıb".

V.Həbibov ata-balanın cinayəti planlayaraq törətdiklərini bildirib:

Ramil və atası Əhədin evdən çıxma görüntüləri də var. Həmin görüntülərdə onların evdən çıxarkən Ramilin anasının mənzildən necə həyəcanla çıxdığı görünür. Yəqin ki, qadın yoldaşı ilə oğlunun evdən bıçaq götürdüyünü bildiyinə görə həyəcan keçirib".

V.Həbibov işi aparan aidiyyəti şəxslərin məsələyə soyuq yanaşdığını, bəzi məqamları gözardı etdiklərini deyir:

"Hadisə musiqi məktəbi yaxınlığında olub. Həmin ərazidə kameranın olduğu barədə mən müstəntiqə məlumat vermişəm, halbuki o, ərazidə olub. İndi də kameradakı görüntülərin qaranlıq olduğuna görə aydın görünmədiyini əsas gətirirlər. Bu cür yubatmalara görə biz işin araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğundan alınıb Respublika Prokurorluğuna verilməsini istəyirik. Çünki bizim onların araşdırmasına inamımız yoxdur. Qardaşımın qatili Əhəd İsmayılov hazırda azadlıqdadır. Həm qardaşımı, həm də dostu Samiri Ramilin bıçaqladığı deyilir. Bilərəkdən hər şeyi oğlunun üstünə atır ki, gələcəkdə dəlilik və ya başqa adla onu xilas etsin. Əhəd özü də açıq şəkildə oğlunu uzun müddət içəridə qoymayacağını deyib. Halbuki Ramilin 17 yaşı yeni tamam olub, cansız uşaqdır. Qardaşım da, Samir də idmanla məşğul olur. Ramilin qardaşıma 5, Samirə 3 bıçaq zərbəsi vurması inandırıcı deyil. İstifadə olunan bıçaqlar da ayrıdır. Samirə vurulan zərbələrdə bıçaq 1 sm bədənə girib, qardaşıma vurulan zərbələr nəticəsində bıçaq ağciyərini deşib, qoltuğunun altından girib ən çox qanı da həmin nayihədə itirib. Həkimlər də dedi ki, Rasifi qolu qüvvətli şəxs vurub".

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

1news.az

Paylaş:
4549

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər