ABŞ səfirliyi məcburi köçkünlərə təhsili üzrə dəstək göstərməkdə davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ səfirliyi məcburi köçkünlərə təhsili üzrə dəstək göstərməkdə davam edir

16:09 - 21 / 02 / 2018
ABŞ səfirliyi məcburi köçkünlərə təhsili üzrə dəstək göstərməkdə davam edir

Xəzər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovun müşayiəti ilə ABŞ səfiri Robert F.Sekuta və xanımı Anna Sekuta, o cümlədən ABŞ səfirliyinin Hərbi Əməkdaşlıq Şöbəsi tərəfindən Komandir Jay Mihal və Mayor Stephen Garvin Yeni Qalada səfirliyin dəstəyi ilə 2007-ci ilin fevral ayının 21-də inşa edilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş məktəbə səfər ediblər.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, səfər zamanı səfir və xanım Sekuta məktəb kitabxanasına həm ingilis, həm azərbaycan dillərində dünya klassiklərinin və uşaq kitablarından ibarət “Amerikan Rəfi” adlı böyük kitab kolleksiyası hədiyyə ediblər. Şagirdlər bir neçə şeir və mahnılar söyləyib və cəmiyyətə göstərdiyi dəstəyə görə səfirliyə minnətdarlıq məqsədilə səfirə oyulmuş daş təqdim ediblər.

Mövcud olduğu on il ərzində, səfirliyin Yeni Qala məktəbinə göstərdiyi dəstək nəticəsində məktəbi daha böyük sinif otaqları, müasir avadanlıq və sağlam şəraitlə təmin edərək tədris imkanlarını 5000-dən çox uşaq üçün inkişaf etdirib. Belə təhsil bazası məcburi köçkün uşaqlarına özləri üçün, cəmiyyət üçün və bütövlükdə Azərbaycan üçün güclü gələcək formalaşdırmağa imkan yaradacaq.

Yeni Qala Məktəbi Birləşmiş Ştatların Müdafiə Departamentinin Humanitar Dəstək Proqramının Azərbaycanda tikintisinə dəstək göstərdiyi sayca on üçüncü məktəbdir. Həmin proqramın bir hissəsi olaraq, səfirlik cari ildə Bərdənin Güloğlular kəndində məcburi köçkünlər üçün tikiləcək on yeddinci məktəbin tikintisinə dəstək göstərməyi planlaşdırır. 1991-ci ildən etibarən ABŞ Azərbaycana dəstək məqsədilə 1.3 milyard dollar vəsait yatırıb. 2003-cü ildən etibarən ABŞ-ın Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərin yaşayışının və yaşayış şəraitinin təkmilləşdirilməsinə yönəlmiş humanitar dəstək layihələrinin, o cümlədən məktəblərin tikintisinə və su layihələrinə 5.5 milyon dollardan çox vəsait ayırıb. Ümumilikdə, ABŞ 1991-ci ildən etibarən məcburi köçkünlərə göstərilən dəstək üçün Azərbaycanı 125 milyon dollardan artıq vəsaitlə təmin edib.

1news.az

 

Paylaş:
480

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər