ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar

09:15 - 19 / 04 / 2018
 ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun (Foundation for Ethnic Understanding – FFEU) yaradıcısı və rəhbəri ravvin Marc Schneier-in (Mark Şnayer), “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Stearns-in (Robert Störns) və “Northwood” kilsəsinin baş protestant keşişi (pastor) Bob Robertsin təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunmuş tədbir keçirilib.

1news.az-a səfirlikdən verilən məlumata görə, Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi və İsrail dövlətinin 70 illiyi ərəfəsində təşkil olunmuş sözügedən tədbirə ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun (Caucus) həmsədri Steve Cohen (Demokrat – Tennesi), Konqres üzvü Henry Cuellar (Demokrat – Texas), konqresmenlərin ofislərinin əməkdaşları, ABŞ-ın nüfuzlu xristian-yevangelist dini xadimləri, habelə ABŞ-ın yəhudi və xristian icmasının nümayəndələri iştirak ediblər. Tədbirə həmçinin, ABŞ-ın və İsrailin ABŞ-da fəaliyyət göstərən media nümayəndələri qatılıblar.   

Tədbiri giriş nitqi ilə açan ravvin Marc Schneier ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələrini, eləcə də Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini tərənnüm etmişdir. O, Azərbaycandakı tolerantlıq ənənələrindən və yəhudi icması üçün yaradılmış gözəl şəraitdən bəhs edib, Azərbaycana səfərlərindən çox mütəəssir olduğunu vurğulayıb. 

Ravvin Prezident İlham Əliyevlə bir neçə dəfə olan görüşü barədə xoş təəssüratlarını paylaşıb  və Azərbaycandakı bu əmin-amanlıq mühitinin yaradılmasında ölkə rəhbərliyinin müstəsna rolu olduğunu qeyd edib. Azərbaycanın digər 57 İslam ölkəsi arasında unikal rolunu və İsraillə münasibətlərinin uğurlu inkişafını təqdir edən ravvin, ölkəmizin bu sahədə xüsusi seçildiyini və həqiqi dostluq münasibətlərində olduğunu, yerli yəhudi icmasına göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb. 

Ravvin Schneier, 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı Nyu Yorka səfər etmiş Prezident İlham Əliyevlə, bundan əvvəl isə 2017-ci ilin may ayında Azərbaycanın BMT-yə üzvülüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorka səfər edib xarici işlər naziri Elmar Məmmədyarovla bir qrup nüfuzlu xristian və yəhudi din xadimləri arasında keçirilmiş görüşlərdə şəxsən iştirakını xatırladıb.  Ravvin Schneier qeyd edib ki, sözügedən görüşlər Azərbaycan Prezidentinin müsəlman, xristian və yəhudi icmaları ilə münasibətlərə verdiyi əhəmiyyətin və ölkəmizin bu sahədə aparıcı rola malik olmasının bariz nümunəsidir.     

Daha sonra, çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen Steve Cohen, Azərbaycanla İsrail arasında münasibətlərdən məmnunluğunu ifadə edib, bu münasibətlərin ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu xüsusi vurğulayıb. Ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində oynadığı rol Cohen tərəfindən təqdir edilib. 

Daha sonra çıxış edən, ABŞ və dünyada böyük bir şəbəkəyə və nüfuza malik “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoruyepiskop Robert Stearns də ölkəmizin dinlərarası əməkdaşlığa töhvələri barədə danışmış, Azərbaycanın İsraillə strateji münasibətlərini alqışlamışdır. Yepiskop Stearns Azərbaycan Prezidenti və xarici işlər naziri ilə Nyu-Yorkda keçirilmiş görüşlərə qatıldığını və bu görüşlərdən sonra Azərbaycanın dinlərarası dialoqa töhvəsini aşkarladığını diqqətə çatdırmışdır. Bu xüsusda, “İslam həmrəyliyi” ili münasibətilə keçirilmiş tərbirlərə qatılarkən, Azərbaycanın unikal rolunun bir daha şahidi olduğunu bildirmişdir. Belə ki, Azərbaycanın 95 faiz müsəlman əhaliyə malik olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi “İslam Həmrəyliyi” ili tədbirlərinə müsəlmanlarla yanaşı, yəhudi və xristian xadimlərini də dəvət etmişdir. Bununla yanaşı, Azərbaycanın milad bayramını və yeni ili xüsusi təmtəraqla qeyd etməsi, Azərbaycanın tolerantlığa nümunə olmasını və ölkə Prezidentinin bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirməkdədir. 

Robert Stearns Bakıda olduğu müddətdə, öz çoxsaylı davamçılarına video mesajla səslənmiş və Azərbaycanın əhəmiyyətindən danışıb. O, Konqresdə keçirilmiş 18 aprel tədbirindən sonra da video mesaj vasitəsilə, tədbirin əhəmiyyətindən bəhs etmiş və davamçılarını Azərbaycanın xeyrinə dua etməyə çağırıb. Qeyd edilən mesajla https://www.facebook.com/RSofEW/videos/10155802348823978/ facebook ünvanında tanış olmaq mümkündür.

Protestant keşişi (pastor) Bob Roberts çıxışı zamanı, ABŞ-da uzun müddət müsəlmanlarla xristianlar arasında dialoqun və əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Bu xüsusda, Azərbaycanın vacib və əvəzedilməz roluna işarə edən pastor Roberts, öz həmkarlarının Azərbaycanla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. 

Səfir Elin Süleymanov çıxışı zamanı Konqresdə keçirilən sözügedən tədbirin Azərbaycan Respublikasının yenidən seçilmiş Prezidenti İlham Əliyevin inaqurasiya mərasimi ilə bir vaxta təsadüf etdiyini, ölkəmizin liderinin Azərbaycan-İsrail münasibətlərinin uğurla inkişaf etməsində əsas rola malik olduğunu diqqətə çatdırıb. Bu xüsusda, səfir Süleymanov ravvin Schneier və yepiskop Stearnsın cənab Prezident İlham Əliyevin seçkilərdə inamlı qalibiyyəti münasibətilə ünvanladıqları təbrik məktubuna və Azərbaycanın dünyada əhəmiyyətli rolunu vurğuladıqlarına görə öz minnətdarlığını bildirib. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi, ölkəmizin daha da inkişafı və icmalararası həmrəyliyə töhvəsi istiqamətində işlərin bundan sonra da uğurla davam edəcəyi səfir E.Süleymanov tərəfindən qeyd olunub. Səfir vurğulayıb ki, Azərbaycan xalqının tolerantlıq ənənələri ilə yanaşı, ölkəmizdə açıq tolerantlıq və millətlərarası əmin-amanlıq mühitinin formalaşmasında ölkə rəhbərinin dünyaya baxışı mühim rol oynayır. O, diqqətə çatdırıb ki, Azərbaycan xalqı cənab İlham Əliyevi prezident seçərkən, o cümlədən tolerantlıq və dialoq ənənələrinin davam etməsinə də səs verib. 

Azərbaycanla İsrail, habelə Azərbaycanın yəhudi və müsəlman əhalisi arasında tarixi köklərə əsaslanan münasibətlər barədə danışan səfir, Azərbaycanla İsrail arasında artan tərəfdaşlığın İsrailin 70 illiyinə və Azərbaycan Respublikasının 100 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. Azərbaycanın hələ 100 il əvvəl ABŞ-dan daha öncə, dinindən, etnik mənsubiyyətindən və cinsindən asılı olmayararaq insanlara seçki hüququnu verdiyini və azadlıqlarını təmin etdiyini vurğulamışdır. Azərbaycanın bu ənənəsinin digər ölkələr üçün nümunə olduğu səfir tərəfindən bildirilib. 

Azərbaycanın İsraillə əlaqələrinin Azərbaycanın öz yəhudi icması ilə xoş münasibətlər üzərində qurulduğu və ölkəmizin bununla qürur duyduğunu qeyd edən səfir Süleymanov, iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. 

Səfir sonda, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohenə, eləcə də dünyada müsəlman, xristian və yəhudi icmalar arasında dialoq səylərinə görə ravvin Schneierə, yepiskop Robert Stearnsa və pastor Bob Robertsə öz təşəkkürünü bildirib. 

1news.az

 

 

Paylaş:
568

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər