ABŞ-ın paytaxtında 20 Yanvar faciəsi anılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın paytaxtında 20 Yanvar faciəsi anılıb – FOTO

10:54 - 20 / 01 / 2018
ABŞ-ın paytaxtında 20 Yanvar faciəsi anılıb – FOTO

Vaşinqtonda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycanın ABŞ-dakı Səfirliyində baş tutan tədbirdə Vaşinqton şəhərində və ətraf ərazilərdə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar qanlı hadisəsi zamanı əliyalın mülki əhaliyə Sovet ordusunun silah tətbiq etdiyini, xalqımızın çoxsaylı oğul və qızlarının şəhid olduğunu, bu tarixin xalqımızın yaddaşında bir faciə kimi əks olunduğunu söyləyib.

Eyni zamanda səfir bu faciənin xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirdiyini və milli, mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulamışdır. Bu xüsusda, E.Süleymanov Ümummilli lider Heydər Əliyevin Vətənimiz üçün həmin taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlığını misal gətirmiş, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza verdiyi mənəvi dəstək olduğunu, habelə Azərbaycan xalqının müstəqillik yolunda qərarlı olmasının göstəricisi kimi qiymətləndirmişdir. Səfir vurğulamışdır ki, hər il hüznlə qeyd edilən 20 Yanvar faciəsi eyni zamanda ölkəmizin müstəqilliyinin böyük qurbanlar bahasına əldə edildiyini xatırladır və bunun daha da möhkəmləndirilməsi uğrunda bütün soydaşlarımızın sıx birləşməsi və birgə səylərinin vacibliyini göstərir.

Daha sonra mərasimdə iştirak edən digər şəxslər də öz fikirləri ilə bölüşmüşdür. Azərbaycanın ABŞ-dakı icmasının fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin hər bir soydaşımız üçün kədər günü olduğunu qeyd etmiş, həmin bu  qanlı hadisənin təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılmasında ABŞ-dakı soydaşlarımızın gördüyü işləri xatırlatmışdır. O, bu qanlı hadisənin milli oyanışımız və həmrəyliyimiz yolunda mühüm amil olduğunu vurğulayıb.

Sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilmiş və onların ruhuna ehsan verilib.

S.Xankişiyeva

 

Paylaş:
756

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər