ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasını bir daha dəstəkləyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasını bir daha dəstəkləyib

12:12 - 14 / 12 / 2018
ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasını bir daha dəstəkləyib

Dekabrın 11-də ABŞ Konqresi 1035 nömrəli qətnamə qəbul edib. Sənəddə, o cümlədən, vurğulanır ki, ABŞ hökuməti Cənub Qaz Dəhlizi layihəsini reallaşmasını dəstəkləyir.

Qanun layihəsində deyilir ki, Xəzər dənizinin enerji resurslarının Cənubi və Mərkəzi Avropaya nəql edilməsi üçün Cənub qaz dəhlizi kimi marşrutlar vasitəsilə enerji resursları ilə təchizatın şaxələndirilməsi nəticəsində Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi ABŞ-ın Avropaya münasibətdə uzunmüddətli siyasətinin əsas məqsədidir.

1news.az xəbər verir ki, xəbər verir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin Direktorlar Şurasının üzvü Robert Sekuta bu qətnamənin qəbul olunmasını və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasının ABŞ hökuməti tərəfindən bir daha dəstəklənməsini şərh edib. Onun sözlərinə görə Nümayəndələr Palatasının 1035 nömrəli qətnaməsi inandırıcı şəkildə göstərir ki, “Cənub Qaz dəhlizi” layihəsinin üstünlükləri barəsində ABŞ-ın mövqeyi dəyişməyib.

Mərkəzi icraçı direktoru Əfqan Nifti isə, öz növbəsində, deyib ki, “Cənub” qaz dəhlizi Xəzər dənizində Azərbaycana məxsus yataqlardan çıxarılan enerji daşıyıcılarının Avropaya təhlükəsiz nəql edilməsinə mühüm töhfədir. O vurğulayıb ki, Azərbaycan və onun beynəlxalq tərəfdaşları ilə birlikdə ABŞ-ın da bu layihəni dəstəkləməsi mühüm amildir. Göstərilən dəstəyin bu yaxınlarda ABŞ Konqresi tərəfindən təsdiqlənməsi ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdar olduğuna daha bir inandırıcı sübutdur.

Xatırladaq ki, 2013-cü ilin iyun ayında Ohayo ştatından olan konqresmen Maykl Törner ABŞ Konqresinə 284 nömrəli qanun layihəsi təqdim edib. Sənəddə Cənub Qaz dəhlizinin açılması yolu ilə avropalı müttəfiqlərin enerji təhlükəsizliyinin təmin edilməsi və Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə energetika sektorunun inkişaf etdirilməsi və Şərq-Qərb marşrutunda ticarətin genişləndirilməsi, bu ölkələr arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsi məqsədilə zəruri infrastrukturun inkişaf etdirilməsi üçün həmin ölkələrə yardım göstərilməsi barədə ABŞ hökumətinin mövqeyi şərh edilir. Qanun layihəsi 2013-cü ilin sentyabr ayında Nümayəndələr Palatasının Avropa, Avrasiya məsələləri və yeni təhdidlər üzrə Altkomitəsinə təqdim edilib, lakin həmin qanun layihəsi hələ də səsverməyə qoyulmayıb.

1news.az

 

 

Paylaş:
438

Son xəbərlər

Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44
Bütün xəbərlər